Elon Musk X-i (keçmiş Twitter) maliyyə mərkəzinə çevirməyi planlaşdırır
Sosial Media
27.10.2023
Emil Nəcəfov
Elon Musk X sosial şəbəkəsini (keçmiş Twitter) maliyyə mərkəzinə çevirməyi planlaşdırır. Bu barədə məlumatı Musk özü dünən X əməkdaşları ilə konfrans çərçivəsində təqdim edib. Onun sözlərinə əsasən insanlar bunun necə güclü bir şey olduğundan təəccüblənəcəklər. Məlumata əsasən sosial şəbəkədə maliyyə funksiyaları 2024-cü ilin sonuna yaxın istifadəyə veriləcək.
“Mən ödənişlər barəsində danışanda hansısa şəxsin bütün maliyyə həyatını nəzərdə tuturam. Pullar, dəyərli kağızlar və digər dəyərli aktivlər. Bunların hamısı bizim platformamızda olacaq” - deyə Musk qeyd edib. Onun sözlərinə əsasən X istifadəçilərinin hətta bank kartlarına ehtiyacları qalmayacaq. X-in CEO-su olan Linda Yaccarino bildirib ki, sözügedən maliyyə funksiyaları X-də 2024-cü ilin sonuna yaxın istifadəyə veriləcək. Məlumata əsasən hal hazırda şirkət bütün ABŞ üzrə pul vəsaitlərinin köçürülməsi imkanı üçün lisenziyanın əldə edilməsi üzərində çalışır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
X-də (keçmiş Twitter) audio və video zənglər funksiyası istifadəyə verilib
X-də (keçmiş Twitter) audio və video zənglər funksiyası istifadəyə verilib
Elon Musk-ın daha öncə də planlaşdırdığı və barəsində çox danışdığı audio və video zənglər funksiyası X-də (keçmiş Twitter) istifadəyə verilib.
Elon Musk X üçün (keçmiş twitter) iki yeni tarif planını anons edib
Elon Musk X üçün (keçmiş twitter) iki yeni tarif planını anons edib
X-in (keçmiş Twitter) CEO-su Elon Musk sosial şəbəkənin imkanlarından istifadə üçün nəzərdə tutulmuş iki yeni tarif planını anons edib.
Elon Musk X-i (keçmiş Twitter) Avropada deaktiv edə bilər
Elon Musk X-i (keçmiş Twitter) Avropada deaktiv edə bilər
Avropa regionunda geosiyasi konfliktlərin şiddətlənməsi regionda kontentlərin moderasiyası üzrə mövcud tələblər ilə Elon Musk-ın X (keçmiş Twitter) çərçivəsində söz azadlığı məqsədi arasındakı uyğunsuzluğu ortaya çıxarıb.
X-in (keçmiş Twitter) yeni istifadəçiləri məcburi illik ödəniş etməli olacaqlar
X-in (keçmiş Twitter) yeni istifadəçiləri məcburi illik ödəniş etməli olacaqlar
Elon Musk X (keçmiş Twitter) üçün nəzərdə tutulmuş növbəti yeniliyi anons edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!