
Donald Trump TikTok-u ABŞ-da uşaqların naminə xilas etmək istəyir
Sosial Media
15.09.2025
Emil Nəcəfov
ABŞ-ın hazırkı prezidenti Donald Trump ikinci müddətinin ilk günündə əvvəlki administrasiyadan miras qalan ağır bir vəziyyətlə - ölkədə Çin sosial şəbəkəsi TikTok-un fəaliyyətini qadağan edən qanunun qüvvəyə minməsi ilə üzləşib. Trump dəfələrlə Çin tərəfi ilə danışıqlar aparmaq üçün möhlət verib və bu həftə həmin möhlət növbəti dəfə uzadıla bilər. Əgər 17 sentyabrda növbəti möhlət qüvvəyə minərsə, bu artıq dördüncü olacaq, çünki bundan əvvəl Trump cari ilin 20 yanvarından başlayaraq TikTok-un ABŞ-da qadağan olunması haqqında qanunun qüvvəyə minməsini 3 dəfə 90 gün müddətinə təxirə salmışdı. Əgər Çin şirkəti ByteDance və Çin hökuməti ilə razılaşma perspektivi görünməzsə, Trump ABŞ-da TikTok-un fəaliyyətini tamamilə qadağan edə bilər.

Keçən bazar günü o belə demişdi: “Mən (uzada) bilərəm, yaxud yox. Hazırda TikTok ilə bağlı danışıqlar aparırıq. Ola bilsin ki, onun “ölməsinə” icazə verərik, ya da bilmirəm - bu, Çindən asılıdır. Bu, elə də böyük əhəmiyyət kəsb etmir. Mən bunu uşaqlar naminə etmək istərdim”. Məlum olduğu kimi, seçkiqabağı kampaniyasına başlamazdan əvvəl Trump ABŞ-da TikTok-un fəaliyyəti ilə bağlı kifayət qədər tənqidi mövqedə idi, çünki ABŞ hakimiyyəti bu sosial şəbəkəni Çin xüsusi xidmət orqanlarının maraqları naminə amerikalı vətəndaşlar haqqında məlumat toplamaqda şübhələndirirdi. Lakin TikTok sayəsində Trump-ın ABŞ-da gənc seçicilər arasında çoxlu tərəfdar qazana bildiyi aydın olanda, o, mövqeyini yumşaltdı. Bununla belə, o israr edirdi ki, ABŞ hakimiyyəti ölkədə TikTok-un fəaliyyəti üzərində ciddi nəzarət əldə etməlidir.

Bu sahədə mümkün sövdələşmənin şərtlərinin ABŞ və Çin hakimiyyətləri tərəfindən bu bazar günü İspaniyada keçirilmiş növbəti ticarət danışıqları mərhələsində müzakirə olunduğu güman edilir. Gözlənildiyi kimi, TikTok ilə bağlı mümkün razılaşmanın şərtləri 17 sentyabra qədər ictimaiyyətə açıqlanmayacaq. ABŞ və Çin arasında keçirilmiş əvvəlki üç ticarət danışıqları raundunda isə bu mövzuya toxunulmamışdı. ABŞ maliyyə naziri Scott Bessent, Bloomberg-in məlumatına görə, son danışıqlarda iştirak edərkən ABŞ və Çin arasında TikTok-un gələcək taleyi ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib. O qeyd edib: “Düşünürəm ki, TikTok üzrə sövdələşmə məsələsini artıq həll etmişik və ya buna çox yaxınıq. Lakin hələ də həll olunmamış bir sıra digər məsələlər var”. ABŞ nazirinin sözlərinə görə, Madriddə keçirilmiş danışıqlarda Çin tərəfi öz tələblərini kifayət qədər aqressiv şəkildə irəli sürüb. Söhbət gözlənildiyi kimi ABŞ və Çin arasındakı xarici ticarət balanssızlığından gedib və bu sahədə hələ ki, razılıq yolu tapılmayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Trump Google və Apple-ın Avropa tərəfindən cərimələnməsinə ciddi cavabın veriləcəyi ilə hədələyib

Trump Google və Apple-ın Avropa tərəfindən cərimələnməsinə ciddi cavabın veriləcəyi ilə hədələyib
ABŞ prezidenti Donald Trump keçən həftənin cümə günü bəyan edib ki, Google və Apple kimi ABŞ texnologiya şirkətlərinə Avropa tərəfindən tətbiq olunan diskriminasiya cərimələri ləğv etmək məqsədilə ticarət araşdırmasına başlamağı planlaşdırır.
Avropa Birliyi Trump-ın hədələrinə baxmadan texnoloji sahəni sərt tənzimləməyə davam edəcək

Avropa Birliyi Trump-ın hədələrinə baxmadan texnoloji sahəni sərt tənzimləməyə davam edəcək
Avropa rəsmiləri regionda qüvvədə olan qanunvericiliyin texnologiya şirkətlərinə tətbiq edilməsinin zəruriliyində israr ediblər, baxmayaraq ki, ABŞ prezidenti Donald Trump bu normaların ABŞ şirkətlərinə ziyan vurduğunu iddia edərək cavab olaraq rüsumlar tətbiq etməklə hədələyib.
TikTok özəl yazışmalarda səsli mesajlar, foto və video göndərməyi mümkün edib

TikTok özəl yazışmalarda səsli mesajlar, foto və video göndərməyi mümkün edib
TikTok-un tərtibatçıları platformanın messencerinə yeni funksiyalar əlavə ediblər ki, bu da onu adi video izləmə xidmətindən tam hüquqlu ünsiyyət vasitəsinə çevirməyə kömək edəcək.
Donald Trump ABŞ şirkətlərinə maneə yaradan ölkələrə əlavə rüsumlar tətbiq edə bilər

Donald Trump ABŞ şirkətlərinə maneə yaradan ölkələrə əlavə rüsumlar tətbiq edə bilər
ABŞ prezidenti Donald Trump rəqəmsal vergilərin tətbiq olunduğu ölkələrə qarşı əhatəli rüsumlar tətbiq edəcəyi ilə hədələyib. Bir neçə gün əvvəl dövlət başçısı bu məsələni Ağ Evdə Meta-nın baş direktoru Mark Zuckerberg ilə müzakirə etmişdi.
Trump ABŞ-ın İT nəhənglərini Avropa dövlətlərinə qarşı sanksiyalar vasitəsilə dəstəkləməyi planlaşdırır

Trump ABŞ-ın İT nəhənglərini Avropa dövlətlərinə qarşı sanksiyalar vasitəsilə dəstəkləməyi planlaşdırır
ABŞ prezidenti Donald Trump-ın administrasiyası Avropa Birliyinə daxil olan ölkələrə və ya rəsmilərə qarşı bölgədə qüvvədə olan “Rəqəmsal Xidmətlər Qanunu”na (Digital Services Act, DSA) əməl etdiklərinə görə sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir.
Həftənin xəbərləri

