
Bir sıra Apple cihazında YouTube dəstəyi dayandırılıb
Sosial Media
03.06.2025
Emil Nəcəfov
YouTube videoplatforması iOS üçün olan tətbiqini 20.22.1 versiyasına kimi yeniləyib. Bu yeniləməni quraşdırmaq və işə salmaq üçün artıq cihazda iOS 16 və ya daha yeni versiyanın quraşdırılması tələb olunur. Bu səbəbdən bir sıra köhnə iPhone modelləri artıq YouTube tətbiqi ilə uyğun gəlmir. Söhbət o iPhone modellərindən gedir ki, onların əməliyyat sistemini iOS 15-dən yuxarı yeniləmək mümkün deyil - o cümlədən iPhone 6s, iPhone 6s Plus, iPhone 7, iPhone 7 Plus və birinci nəsil iPhone SE.

Bu həmçinin iPod Touch 7 playerinə də aiddir. Həmin cihazda da yenilənmiş YouTube tətbiqi işləməyəcək. Bundan əlavə, bildirilib ki, yenilənmiş YouTube tətbiqini iPad-də işlətmək üçün artıq iPadOS 16 və ya daha yeni versiya tələb olunur. Bu səbəbdən tətbiq artıq iPad Air 2 və iPad mini 4 modellərində dəstəklənmir. Yuxarıda sadalanmış cihazların istifadəçiləri hələ də YouTube-a daxil ola biləcəklər, lakin bunun üçün m.youtube.com saytına brauzer vasitəsilə keçməlidirlər. Lakin bu üsul funksionallıq baxımından rəsmi YouTube tətbiqindən geri qalır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
YouTube Shorts videolarında obyektlərin axtarışı funksiyası istifadəyə veriləcək

YouTube Shorts videolarında obyektlərin axtarışı funksiyası istifadəyə veriləcək
YouTube platformasına Google Lens ilə vizual axtarış funksiyası əlavə olunur və bu imkan Shorts bölməsində istifadəyə veriləcək.
YouTube videolardakı ən parlaq və emosional anlarında reklamlar göstərəcək

YouTube videolardakı ən parlaq və emosional anlarında reklamlar göstərəcək
YouTube platformasında videolardakı ən parlaq və emosional anlardan dərhal sonra reklam göstərilməyə başlanacaq. Bu yeni hədəfləmə formatı Peak Points adlanır.
2 istifadəçi üçün nəzərdə tutulmuş yeni YouTube Premium tarifi test edilir

2 istifadəçi üçün nəzərdə tutulmuş yeni YouTube Premium tarifi test edilir
YouTube videoplatforması yeni bir Premium abunə variantını hazırlayır. Mediada yayılan məlumata görə, Hindistan, Fransa, Tayvan və Honq Konqda iki istifadəçi üçün nəzərdə tutulan yeni YouTube Premium tarif planının testinə başlanılıb.
YouTube 18+ videoların önizləmə görüntülərini bulanıq edəcək

YouTube 18+ videoların önizləmə görüntülərini bulanıq edəcək
YouTube video platforması “bütün istifadəçilər üçün daha təhlükəsiz axtarışı təmin etməyə yönəlmiş” yeni təcrübi funksiyanı elan edib.
Son 10 ildə ilk dəfə YouTube playerinin istifadəçi interfeysi dəyişib

Son 10 ildə ilk dəfə YouTube playerinin istifadəçi interfeysi dəyişib
Bu gün YouTube platformasına ilk videonun yüklənməsindən düz 20 il ötür. Platformanın veb video playerinin istifadəçi interfeysinin hazırkı dizaynı 10 il ərzində dəyişdirilməmişdi və yubiley münasibətilə Google onu yeniləmək qərarına gəlib.
Həftənin xəbərləri

