main-post-cover

    Google süni zəka vasitəsilə yaradılan kontentləri təyin edən yeni alətini təqdim edib

    Proqram Təminatı
    22.05.2025
    Emil Nəcəfov
         Google şirkəti Google I/O 2025 konfransında yeni SynthID Detector alətini təqdim edib. Bu alət məzmunun süni zəka vasitəsilə yaradılıb-yaradılmadığını müəyyən etməyə imkan verir. Xidmət şəkil, mətn, audio və videonu analiz edərək, süni zəka ilə yaradılmış materiallara avtomatik şəkildə əlavə edilən gizli su nişanlarını (watermark) aşkar edir. Bu, Gemini, Imagen, Lyria Veo kimi Google modelləri ilə yaradılmış məzmunlara da aiddir. Google DeepMind rəhbəri Pushmeet Kohli-nin sözlərinə görə, sistem kontentin hansı hissələrində bu nişanların yerləşdiyini dəqiqliklə təyin edir.
    DeepMind SynthID
         Məsələn, audio fayllarda SynthID Detector konkret vaxt aralıqlarını, şəkillərdə isə nişanın olma ehtimalı yüksək olan bölgələri tapır və işarələyir. Hazırda sistem məhdud istifadəçi qrupu arasında sınaqdan keçirilir. Sınağın ilk mərhələsindən sonra isə gözləmə siyahısına (SynthID Detector Waitlist) qeydiyyatdan keçmiş istifadəçilərə tədricən giriş imkanı veriləcək. Kohli bildirib ki, şirkət istifadəçilərin rəyini də nəzərə alaraq bu identifikasiya sistemini təkmilləşdirməyi planlaşdırır. Hazırda SynthID Detector yalnız Google məhsulları ilə yaradılmış məzmunla işləyir. Lakin gələcəkdə bu funksionallığın digər süni zəka sistemlərinə də genişləndirilməsi nəzərdən keçirilir. Bu alətin hamı üçün nə zaman əlçatan olacağı isə hələ ki, məlum deyil.
    Mənbə: The Verge
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android XR eynəyin gündəlik həyatda necə çalışacağı sərgilənib (VİDEO)
    android-xr-eyneyin-gundelik-heyatda-nece-calisacagi-sergilenib-video
    Google Search-də AI Mode rejimi istifadəyə verilib
    google-search-de-ai-mode-rejimi-istifadeye-verilib
    Google proqramlaşdırma üzrə Jules adlı süni zəka agentini istifadəyə verib
    google-proqramlasdirma-uzre-jules-adli-suni-zeka-agentini-istifadeye-verib
    Chrome zəif və sındırılmış şifrələri avtomatik dəyişə biləcək
    chrome-zeif-ve-sindirilmis-sifreleri-avtomatik-deyise-bilecek
    Süni zəka vasitəsilə filmlərin yaradılması üçün Google Flow redaktoru təqdim edilib (VİDEO)
    suni-zeka-vasitesile-filmlerin-yaradilmasi-ucun-google-flow-redaktoru-teqdim-edilib-video