main-post-cover

    Google Gemini avtomobillərə, smart saatlara və qulaqlıqlara inteqrasiya ediləcək

    Proqram Təminatı
    28.04.2025
    Emil Nəcəfov
         Son bir neçə ildə Google süni zəkaya əsaslanan Gemini çat-botunu öz məhsullarına - Gmail, Android, Google Disk və digər xidmətlərə fəal şəkildə inteqrasiya edir. İlin sonuna qədər çat-botun mövcudluğu daha da genişlənəcək - o, WearOS platformasında ağıllı saatlar üçün, Android Auto platformasında avtomobillər üçün və naqilsiz qulaqlıqlarda da təqdim olunacaq. Rüblük maliyyə hesabatından sonra keçirilmiş brifinqdə Alphabet holdinqinin baş direktoru Sundar Pichai yaxın vaxtlarda Gemini-nin yeni cihazlarda da istifadəyə veriləcəyini elan edib: "Biz mobil cihazlardakı Google Assistant-ı Gemini ilə yeniləyəcəyik və ilin sonuna qədər planşetləri, avtomobilləri və smartfona qoşulan cihazları, məsələn, qulaqlıq və saatları da yeniləyəcəyik".
         Tərtibatçılar üçün nəzərdə tutulmuş Google I/O konfransı bu il 20-21 may tarixlərinə planlaşdırılıb - ehtimal ki, şirkət həmin tədbirdə Gemini-nin genişlənməsi ilə bağlı planları haqqında daha ətraflı məlumat verəcək. Google Gemini artıq Android əməliyyat sistemi ilə işləyən əksər cihazlarda standart köməkçi rolunda çıxış edir, lakin hələ ki, planşetlərdə, WearOS ilə işləyən ağıllı saatlarda, eləcə də Google-un ağıllı səsgücləndirici və ekranlarında mövcud deyil. Şirkətin planları bəzi tətbiqlərin beta versiyalarının analizi nəticəsində təsdiqlənib.
         Belə ki, Google tətbiqində Gemini-nin WearOS platformasında daşınıla bilən köməkçi kimi çıxış edəcəyini göstərən kod parçaları aşkar edilib - ehtimal ki, bu, mövcud Google Assistant tətbiqinin yeniləməsi formasında baş verəcək. İlk mərhələdə şirkət sadəcə tətbiqi yeniləyəcək, daha sonra isə WearOS 6 versiyasının buraxılması ilə inteqrasiyanı gücləndirəcək. Android Automotive üçün Google Assistant-ın son versiyasında isə Gemini-nin avtomobil platformasına da köçürülməsi üzərində fəal iş getdiyini göstərən kod sətirlər aşkar edilib. Sundar Pichai əlavə edib ki, şirkət yeni inkişaf potensialı olan sahələr üçün, o cümlədən robototexnika üçün uyğunlaşdırılmış süni zəka modelləri üzərində çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İnsanlar Google Gemini əvəzinə ChatGPT və Meta AI-ya daha çox üstünlük verirlər
    insanlar-google-gemini-evezine-chatgpt-ve-meta-ai-ya-daha-cox-ustunluk-verirler
    Daha bir şirkət Chrome brauzerinin alınmasında maraqlıdır
    daha-bir-sirket-chrome-brauzerinin-alinmasinda-maraqlidir
    Google Play Market-də təsadüfi abunəlik və ya alış-verişlərdən qorunmaq üçün yeni mexanizm istifadəyə verilib
    google-play-market-de-tesadufi-abunelik-ve-ya-alis-verislerden-qorunmaq-ucun-yeni-mexanizm-istifadeye-verilib
    Son 10 ildə ilk dəfə YouTube playerinin istifadəçi interfeysi dəyişib
    son-10-ilde-ilk-defe-youtube-playerinin-istifadeci-interfeysi-deyisib
    OpenAI şirkəti Chrome brauzerini almaqda maraqlıdır
    openai-sirketi-chrome-brauzerini-almaqda-maraqlidir