Google Gemini 1.5 neyron şəbəkəsini təqdim edib (VİDEO)
Proqram Təminatı
16.02.2024
Emil Nəcəfov
Google şirkəti keçən ilin sonuna yaxın Gemini adlı neyron şəbəkəsini təqdim etmişdi. İndi isə şirkət Gemini 1.5 neyron şəbəkəsini təqdim edib. Sözügedən yeni neyron şəbəkəsindən tərtibatçılar və Google şirkətinin korporativ müştəriləri artıq istifadə edə bilərlər. Müəyyən müddətdən sonra isə Gemini 1.5 adi istifadəçilər üçün də aktiv olacaq. Google şirkətinin bir çox məhsulunun əsasını təşkil edəcək Gemini Pro 1.5 sistemi Gemini Pro 1.0-dan 87% daha üstündür. O, Gemini Ultra 1.0 ilə eyni səviyyədə yerləşir. Yeni neyron şəbəkəsinin yaradılması prosesində Mixture of Expert adlı üsuldan istifadə edilir.
Bu üsul neyron şəbəkəsinə hər hansısa sorğunun göndərilməsi zamanı onun bütöv şəkildə deyil, yalnız müəyyən hissəsinin işə düşməsini mümkün edir. Beləliklə bu üsul neyron şəbəkəsini istifadəçi üçün daha sürətli, Google üçün isə daha effektiv etməlidir. Lakin Gemini 1.5-in ən böyük fərqləndirici və müsbət özəlliyi ondan ibarətdir ki, o, olduqca böyük kontekst pəncərəsinə sahibdir. Bu isə o deməkdir ki, Gemini 1.5 eyni anda daha böyük həcmli sorğuları emal edə və daha böyük həcmli məlumatları analiz edə bilər. Gemini 1.5-in kontekst pəncərəsinin ölçüsü 1 milyon token təşkil edir. Bu isə OpenAI şirkətinin GPT-4 sisteminin sahib olduğu kontekst pəncərəsinin ölçüsündən (128 000 token) və mövcud olan Gemini Pro-nun kontekst pəncərəsinin ölçüsündən (32 000 token) daha böyükdür.
1 milyon token dedikdə bu, təqribi olaraq 10-11 saat video və 10 minlərlə sətr koda bərabərdir. Google CEO-su Sundar Pichai bildirib ki, Google mütəxəssisləri hal-hazırda şirkət daxilində 10 milyon tokenlik kontekst pəncərəsinə sahib Gemini modellərini test edirlər. Bu isə bir sorğu çərçivəsində bütün “Game of Thrones” seriyası deməkdir. Pichai həmçinin qeyd edib ki, Gemini 1.5-in kontekst pəncərəsinə “The Lord of the Rings” film trilogiyasını yerləşdirmək olar. Pichai əmindir ki, neyron şəbəkəsinin kontekst pəncərəsinin ölçüsünün böyüdülməsi öz növbəsində biznes sahəsinə də faydalı olacaq. Məsələn şirkətlər böyük həcmli maliyyə sənədlərinin emalı üçün Gemini-dən istifadə edə bilərlər. Müəyyən müddətdən sonra Gemini 1.5 modeli adi Gemini 1.0-ı əvəz edəcək. Gemini Pro isə Gemini Pro 1.5 ilə əvəzlənəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google CEO-su Sundar Pichai eyni anda 10-dan çox smartfondan istifadə edir
Google CEO-su Sundar Pichai eyni anda 10-dan çox smartfondan istifadə edir
Dünyanın ən bahalı şirkətlərindən biri olan Google-ın CEO-su Sundar Pichai hansı model smartfondan istifadə edir?
OpenAI Google Search-ün analoqu üzərində çalışır
OpenAI Google Search-ün analoqu üzərində çalışır
Çoxlu sayda rəqib şirkətin olmasına baxmayaraq Google dünyanın ən məşhur axtarış sistemi olaraq qalır.
Keçən il Android-dən iOS-ə neçə faiz istifadəçi keçid edib?
Keçən il Android-dən iOS-ə neçə faiz istifadəçi keçid edib?
Consumer Intelligence Research Partners (CIRP) analitik şirkəti 2023-cü ildə Android-dən iOS-ə keçid etmiş istifadəçilərin sayını hesablayıb.
Android 15-in tərtibatçılar üçün nəzərdə tutulmuş versiyası istifadəyə verilməyə hazırdır
Android 15-in tərtibatçılar üçün nəzərdə tutulmuş versiyası istifadəyə verilməyə hazırdır
Google şirkəti bu il Android 15-i istifadəyə verəcək. Lakin əməliyyat sisteminin stabil versiyasının istifadəyə verilməsindən öncə şirkət onun bir neçə ay ərzində testini aparmalıdır.
Google Pixel 8a-nın vacib texniki özəlliklərindən biri məlum olub
Google Pixel 8a-nın vacib texniki özəlliklərindən biri məlum olub
Google şirkəti yaxın aylar ərzində Pixel 8a smartfonunu təqdim etməlidir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!