
ChatGPT-dəki Deep Research funksiyasının "yüngül" versiyası istifadəyə verilib
Proqram Təminatı
25.04.2025
Emil Nəcəfov
OpenAI cümə axşamı elan edib ki, vebdə araşdırma apararaq mövzu üzrə hesabatlar hazırlayan ChatGPT Deep Research alətinin yeni, “yüngül” versiyasını ChatGPT Plus, Team və Pro istifadəçilərinə təqdim edir. OpenAI bildirir ki, bu yeni yüngül Deep Research funksiyası bu gündən etibarən pulsuz ChatGPT istifadəçilərinə də təqdim olunacaq və o, şirkətin o4-mini modelinin bir versiyası ilə dəstəklənir. Bu versiya “tam” Deep Research qədər güclü olmasa da, daha ucuz xidmət göstərməyə imkan verir və buna görə də OpenAI istifadə limitlərini artırmaq imkanı əldə edib. OpenAI X platformasında paylaşdığı məlumatlarda qeyd edib: “Cavablar adətən daha qısa olacaq, lakin gözlədiyiniz dərinlik və keyfiyyəti qoruyacaq.

Əgər orijinal dərin araşdırma versiyası üçün limitlərə çatılarsa, sorğular avtomatik olaraq yüngül versiyaya yönləndiriləcək”. Son zamanlar Google-un Gemini, Microsoft-un Copilot və xAI-ın Grok kimi çat-botlarında bir sıra Deep Research alətləri istifadəyə verilib. Bu alətləri irəli aparan əsas amil isə süni zəkanın düşünmə və özünü yoxlama bacarıqlarına malik “məntiqi modellər”dir - bu bacarıqlar, şübhəsiz ki, bir mövzu üzrə dərin araşdırma aparmaq üçün mühüm sayılır. OpenAI bildirir ki, ChatGPT-nin yüngül Deep Research funksiyası gələn həftə Enterprise (korporativ) və təhsil alan istifadəçiləri üçün də istifadəyə veriləcək və Team istifadəçiləri ilə eyni istifadə limitlərinə malik olacaq.
Mənbə: Techcrunch
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI bazarda ən yaxşı açıq mənbəli süni zəka modelini təqdim etməyə hədəflənib

OpenAI bazarda ən yaxşı açıq mənbəli süni zəka modelini təqdim etməyə hədəflənib
Mart ayının sonuna yaxın OpenAI bu il ərzində GPT-2-dən sonra ilk açıq mənbəli koda sahib böyük dil modelini təqdim etməyi planlaşdırdığını açıqlamışdı. İndi isə şirkətin süni zəka tərtibatçıları ilə keçirdiyi sessiyalardan həmin model haqqında bəzi detalları ortaya çıxmağa başlayıb.
İnsanlar Google Gemini əvəzinə ChatGPT və Meta AI-ya daha çox üstünlük verirlər

İnsanlar Google Gemini əvəzinə ChatGPT və Meta AI-ya daha çox üstünlük verirlər
Gemini süni zəka sisteminin aylıq istifadəçi sayı təxminən 350 milyon nəfər təşkil edir ki, bu da OpenAI-nin ChatGPT-si və hətta Meta AI ilə müqayisədə xeyli azdır.
OpenAI şirkəti Chrome brauzerini almaqda maraqlıdır

OpenAI şirkəti Chrome brauzerini almaqda maraqlıdır
OpenAI nümayəndəsi məhkəmədə bildirib ki, əgər Google şirkəti Chrome brauzerini satmağa məcbur edilərsə, şirkət onun alınmasında maraqlıdır. ChatGPT məhsulunun rəhbəri Nick Turley bu açıqlamanı ABŞ-ın Google-a qarşı açdığı antiinhisar işi çərçivəsində verib.
ChatGPT-də “yaddaş”dan istifadə etməklə fərdiləşdirilmiş internet axtarışı funksiyası istifadəyə verilib

ChatGPT-də “yaddaş”dan istifadə etməklə fərdiləşdirilmiş internet axtarışı funksiyası istifadəyə verilib
OpenAI şirkəti ChatGPT-də “yaddaş”dan istifadə etməklə fərdiləşdirilmiş internet axtarışı funksiyasını təqdim edib. Memory with Search adlanan bu yenilik o3 və o4-mini modelləri ilə birlikdə təqdim olunub və artıq ChatGPT-də əlçatandır.
ChatGPT ilə nəzakətli ünsiyyət OpenAI-ya milyonlarla dollara başa gəlir

ChatGPT ilə nəzakətli ünsiyyət OpenAI-ya milyonlarla dollara başa gəlir
OpenAI şirkəti hər il ChatGPT-də “təşəkkür edirəm” və “zəhmət olmasa” kimi nəzakətli ifadələrin işlənməsi üçün 10 milyonlarla dollar xərcləyir.
Həftənin xəbərləri

