
Apple watchOS 26 təqdim olunub
Proqram Təminatı
10.06.2025
Emil Nəcəfov
Görünür, Apple nəhayət qərar verib ki, ağıllı saatlar sizin haqqınızda hər şeyi bilməlidir. WWDC 2025 konfransında şirkət watchOS 26 əməliyyat sistemini təqdim edib. Bu sistem sadəcə interfeysi yeniləmir və yeni funksiyalar əlavə etmir - o, sizinlə danışa da bilir, əlbəttə, əgər buna icazə versəniz. Əgər əvvəllər Apple Watch sadəcə aktivlik izləyicisi idisə, indi artıq o həm də şəxsi məşqçiniz və dil tərcüməçinizdir. Birincisi yenilik kimi Liquid Glass dizaynını qeyd etmək lazımdır. Yeni vizual üslub artıq ağıllı saatlarda da var: Şəffaf vidcetlər, bildirişlər, idarəetmə elementləri, İdarəetmə Mərkəzi, hətta saat siferblatları belə. Apple bu il bütün əməliyyat sistemlərini iOS və visionOS dizaynlarının qarışığına bənzətməyə xüsusilə çalışır.

İkincisi biləyin silkələmək kimi yeni idarəetmə jestini qeyd etmək lazımdır. Sadəcə biləyinizi tərpədin və saat zəngi söndürəcək, zəngi ləğv edəcək və ya mesajı yığışdıracaq. Heç bir toxunuş lazım deyil - saat nə istədiyinizi özü bilir. Bu funksiya Apple Watch 9 və daha yeni modellərdə işləyəcək. Yeni funksiyalar arasında Notes (Qeydlər) tətbiqi də artıq saatlarda əlçatan olub. İndi qeydlər yaratmaq, tapşırıq siyahılarını qeyd etmək və vacib qeydləri bərkitmək mümkündür. Live Listen funksiyası da yeni imkanlar təqdim edir: Real zaman ərzində altyazılar və ya uzaqdan idarəetmə - bu, eşitmə məhdudiyyəti olan insanlar üçün və ya çox səs-küylü mühitlərdə faydalı ola bilər.

İnanılmaz görünə bilər, amma indi qaçış zamanı belə süni zəka sizi motivasiya edir. Workout Buddy virtual məşqçi ilə motivasiyaedici natiqin qarışığıdır. İdman zamanı sizi ruhlandırır, nailiyyətlərinizi xatırladır, irəliləyişə görə tərif edir və sessiyanın sonunda ya sizi təqdir edir, ya da növbəti dəfə bir az daha çalışmaq lazım olduğunu bildirir. Hal-hazırda bu funksiya yalnız ingilis dilində və əsasən ən məşhur məşq növləri üçün işləyir, lakin görünür ki, gələcəkdə daha da genişlənəcək. Workout tətbiqi də yenilənib. Kənarlarda yerləşən düymələr sayəsində ayarlara və musiqiyə sürətli çıxış əlavə olunub.

Apple Music isə məşqin növünə və sizin musiqi zövqünüzə əsasən avtomatik şəkildə uyğun playlist seçməyə çalışacaq. Bəli, indi hətta düzgün ritmdə qaçmağınıza da alqoritm kömək edəcək. Mesajların real vaxtda tərcüməsi - əgər sizdə Apple Intelligence dəstəkli iPhone varsa, o zaman saatınızdakı Messages tətbiqi həm gələn mesajları, həm də sizin cavablarınızı avtomatik tərcümə edə biləcək. Smart Stack indi kontekstli təkliflər göstərir. Bu təkliflər saatın ekranında görünəcək və yerinizə, vaxta və ya aktivliyinizə əsasən mümkün hərəkətləri irəli sürəcək. Məsələn, saat sizə pilates məşqinə başlamağı təklif edə bilər - əgər həmin vaxt studiyaya çatmısınızsa və bu sizin adi məşq saatınızdır. Və ya Backtrack funksiyasını təklif edə bilər ki, bu da siqnal olmayan ucqar ərazilərdə əvvəlki yolunuzu tapmağa kömək edəcək. watchOS 26 aşağıdakı modelləri dəstəkləyəcək:
- Apple Watch Series 6 və daha yeniləri
- Apple Watch SE (2-ci nəsil)
- Hər iki Apple Watch Ultra modeli.

Lakin bütün funksiyalar hər modeldə mövcud olmayacaq. Xüsusilə də Apple Intelligence ilə bağlı olanlar. Bu funksiyaların işləməsi üçün ən azı iPhone 11 və ya daha yeni model tələb olunur ki, Apple-ın süni zəka imkanlarını dəstəkləyə bilsin. watchOS 26 ilə şirkət Apple Watch-u daha ağıllı və eyni zamanda daha insani edib. İndi bu saatlar sadəcə addımlarınızı saymır, həyatınızın kontekstini anlamağa çalışır, idmanda dəstək olur, səyahətlərdə tərcüməçi kimi çıxış edir və hər gün faydalı olmağa çalışır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple iPadOS 26 təqdim olunub

Apple iPadOS 26 təqdim olunub
Apple şirkəti iPad planşetləri üçün nəzərdə tutulan iPadOS 26 əməliyyat sistemini rəsmi olaraq təqdim edib. Yeni əməliyyat sistemi Liquid Glass adlanan yenilənmiş dizayna sahibdir.
Apple macOS 26 Tahoe təqdim olunub

Apple macOS 26 Tahoe təqdim olunub
Apple şirkəti macOS 26 Tahoe adlı yeni əməliyyat sistemini təqdim edib. Bu sistem yenilənmiş istifadəçi interfeysi ilə yanaşı, bir sıra yeni funksiyaları da əhatə edir, məsələn, təkmilləşdirilmiş Spotlight axtarışı, yeni Phone tətbiqi və Live Activities funksiyası.
Apple iOS 26 təqdim edilib

Apple iOS 26 təqdim edilib
Apple öz illik WWDC konfransında iOS 26 əməliyyat sistemini - iOS 18-in varisi kimi - rəsmi şəkildə təqdim edib. Ad dəyişikliyi ilə yanaşı, bu əməliyyat sistemi şirkətin son illərdəki ən böyük proqram təminatı dizayn dəyişikliyidir və təkcə iPhone deyil, bütün digər platformaları da əhatə edir.
Apple öz yeni əməliyyat sistemlərindəki dizayn dəyişikliyinə işarə edib

Apple öz yeni əməliyyat sistemlərindəki dizayn dəyişikliyinə işarə edib
WWDC 2025 konfransından əvvəl Apple rəsmi olaraq tədbirin şüarını elan edib - Sleek peek (hamar görünüş).
Apple iOS 19 əvəzinə iOS 26-nı təqdim edəcək

Apple iOS 19 əvəzinə iOS 26-nı təqdim edəcək
Apple əməliyyat sistemləri seriyası üçün genişmiqyaslı rebrendinq hazırlayır. Bu barədə məşhur insayder Mark Gurman şirkətdaxili mənbələrə istinadən məlumat verib.
Həftənin xəbərləri

