main-post-cover

    Apple iPhone-dakı NFC funksiyasını kənar ödəniş sistemləri üçün açmaq qərarını verib

    Proqram Təminatı
    22.01.2024
    Emil Nəcəfov
         Görünür, Avropa Komissiyası Apple Pay ilə Apple Wallet-in iPhone-dakı NFC funksiyasından eksklüziv istifadələrinə son qoyub. Belə ki, Apple şirkəti iPhone-dakı NFC funksiyasını kənar ödəniş sistemləri üçün açmaq qərarına gəlib. Avropa Komissiyası ilə Apple arasındakı bu məsələ artıq demək olar 4 ildir ki, davam edirdi. 2020-ci ildə Avropa Komissiyası App Store və Apple Pay qaydaları səbəbilə şirkətə qarşı iki antimonopoliya istintaqına start vermişdi. Məsələ burasındadır ki, Apple cihazlarında NFC ödəniş funksiyası yalnız Apple Pay və Apple Wallet sistemləri üçün aktivdir.
         Lakin indi məlum olub ki, şirkət öz cihazlarındakı NFC ödəniş funksiyasını kənar ödəniş sistemləri üçün açıq etmək qərarına gəlib. Beləliklə istifadəçilər öz alış-verişlərini təkcə Apple Pay və Apple Wallet üzərindən deyil, kənar ödəniş sistemləri üzərindən də ödəyə biləcəklər. Bu yeni qərarın Avropa Birliyi ölkələrindən kənarda qüvvədə olub-olmayacağı bilinmir. Apple şirkətinin öz üzərinə götürmüş olduğu bu öhdəlik minimum 10 il qüvvədə olacaq. Şirkət sözügedən öhdəliyi yerinə yetirmədiyi və ya pozduğu halda onu illik dövriyyəsinin 10% həcmində cərimə gözləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar edilib
    apple-ve-diger-brendlerin-qrafik-ciplerinde-ciddi-bosluq-askar-edilib
    iPhone 16 Pro modellərində olacaq Capture Button adlı düymənin özəllikləri açıqlanıb
    iphone-16-pro-modellerinde-olacaq-capture-button-adli-duymenin-ozellikleri-aciqlanib
    Növbəti iPad Pro üçün OLED ekranların kütləvi istehsalına start verilib
    novbeti-ipad-pro-ucun-oled-ekranlarin-kutlevi-istehsalina-start-verilib
    Apple iPhone-nun sualtı çalışma rejimini patentləşdirib
    apple-iphone-nun-sualti-calisma-rejimini-patentlesdirib
    Apple Vision Pro beynəlxalq bazarda nə zaman satışa çıxacaq?
    apple-vision-pro-beynelxalq-bazarda-ne-zaman-satisa-cixacaq