Android 16-da Linux tətbiqləri işə salmaq mümkün olacaq (VİDEO)
Proqram Təminatı
15.10.2024
Emil Nəcəfov
İnsayderlər Android-in yeni test versiyasında yeni faydalı funksiyanı aşkar ediblər. Görünür, Google şirkəti Android 16-dan başlayaraq smartfonlarda Linux tətbiqlərinin işə salınması imkanını reallaşdıracaq. Linux üçün nəzərdə tutulmuş tətbiqlərin Android-də dəstəklənməsi virtualizasiya sistemi və terminal emulyatoru vasitəsilə mümkün ola bilər. Məlumata əsasən Google terminal emulyatoru üzərində bir neçə həftə bundan öncə çalışmağa başlayıb. Bu sistem Android Virtualization Framework (AVF) platformasının bir hissəsinə çevrilməlidir. Google şirkətinin planına əsasən işə salınacaq terminal tətbiqində bir neçə əməliyyat üzərindən smartfonda Linux virtual maşınını işə salmaq mümkün olacaq. Bunun üçün hələ ki, LinuxInstaller tətbiqindən istifadə edilir. Lakin daha sonra bu tətbiq terminalın özünə inteqrasiya ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Android 16-da istifadəyə veriləcək yeni funksiya sərgilənib (VİDEO)
Android 16-da istifadəyə veriləcək yeni funksiya sərgilənib (VİDEO)
İnsayderlər Android-in yeni beta versiyasında Android 16-da istifadəyə veriləcəyi gölzənilən yeni funksiyanı aşkar ediblər. Aşkar edilmiş yeni funksiya multitasking rejimindən istifadəni Windows-dakı tətbiq pəncərələrinin istifadəsi üsuluna yaxın etməlidir.
Google, Android üçün yenilənmələrin izlənməsi prosesini sadələşdirəcək
Google, Android üçün yenilənmələrin izlənməsi prosesini sadələşdirəcək
Google şirkətinin yaxın zamanda Android üçün təqdim edəcəyi funksiya əməliyyat sisteminə istiqamətlənmiş bütün yenilənmələri izləməyə imkan verəcək. Məlumata əsasən Google Play Services-da “What's new” adlı yeni bölmə işə düşəcək.
Smartfonun oğurlanmasına qarşı yeni təhlükəsizlik funksiyaları Android üçün istifadəyə verilir
Smartfonun oğurlanmasına qarşı yeni təhlükəsizlik funksiyaları Android üçün istifadəyə verilir
Google şirkəti may ayında Android üçün yeni təhlükəsizlik funksiyalarını anons etmişdi. Söhbət, Theft Detection Lock, Offline Device Lock və Remote Lock adlı funksiyalardan gedir.
Android 16-nın Google daxilində hansı şirniyyatın adını əıldə etdiyi məlum olub
Android 16-nın Google daxilində hansı şirniyyatın adını əıldə etdiyi məlum olub
Google şirkəti son illərdə hər yeni Android versiyasının adında tanınan şirniyyatların adlarını rəsmi şəkildə artıq istifadə etməsə də, bu praktikanı şirkət daxilində davam etdirir.
Android-də bildirişləri bütün cihazlar arasında sinxronlaşdırmaq mümkün olacaq
Android-də bildirişləri bütün cihazlar arasında sinxronlaşdırmaq mümkün olacaq
İnsayderlər Android 15-in ikinci beta versiyasının kodunda bildirişlərin istifadəçi cihazlarında sinxronlaşdırılması funksiyasını aşkar ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!