main-post-cover

    Xiaomi SU7-nin istehsal prosesində insanlar demək olar iştirak etmirlər (VİDEO)

    Nəqliyyat
    02.04.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti öz ilk elektromobili olan SU7-nin Pekindəki yeni istehsalat zavodunda yığılması prosesini əks etdirən videonu təqdim edib. Qeyd etmək lazımdır ki, Xiaomi sözügedən elektromobilin istehsalını Çinin ən böyük avtomobil şirkətlərindən biri olan BAIC ilə birgə reallaşdırır. Şirkət tərəfindən təqdim edilmiş videoda elektromobilin yığılması prosesinin demək olar bütün əsas mərhələlərini görmək olar. Videodan belə qənaətə gəlmək olar ki, Xiaomi SU7-nin istehsal prosesi tamamilə avtomatlaşdırılıb və adi işçilər sadəcə olaraq monitorlar vasitəsilə istehsalat prosesinin vacib məqamlarına nəzarət edirlər. Elektromobil üçün nəzərdə tutulmuş detalların zavod daxilində daşınması ilə də pilotsuz robotlar məşğul olurlar. Qeyd etmək lazımdır ki, Xiaomi SU7-nin Çində satışlarına artıq start verilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur insayder Redmi K80 smartfon seriyası barəsində yeni məlumatlar verib
    meshur-insayder-redmi-k80-smartfon-seriyasi-baresinde-yeni-melumatlar-verib
    Qatlana bilən qapaqlı Xiaomi Mic Flip-in texniki imkanları ilə bağlı yeni məlumatlar ortaya çıxıb
    qatlana-bilen-qapaqli-xiaomi-mic-flip-in-texniki-imkanlari-ile-bagli-yeni-melumatlar-ortaya-cixib
    Yaxın aylar ərzində HyperOS-i əldə edəcək POCO smartfonlarının siyahısı təqdim edilib
    yaxin-aylar-erzinde-hyperos-i-elde-edecek-poco-smartfonlarinin-siyahisi-teqdim-edilib
    Redmi Turbo 3-ün təqdimatı anons edilib
    redmi-turbo-3-un-teqdimati-anons-edilib
    Yaxın aylar ərzində qlobal bazarda HyperOS-i əldə edəcək smartfonların siyahısı təqdim edilib
    yaxin-aylar-erzinde-qlobal-bazarda-hyperos-i-elde-edecek-smartfonlarin-siyahisi-teqdim-edilib