
Pulsuz avtopilota sahib XPeng MONA M03 Max elektromobili təqdim edilib - QİYMƏTİ
Nəqliyyat
02.06.2025
Emil Nəcəfov
Çin şirkəti XPeng süni zəka əsaslı avtonom idarəetmə funksiyasına malik MONA M03 Max elektromobilinitəqdim edib. Yeni model NVIDIA Orin-X çiplərində çalışan Turing sistemi, 27 sensor və XGPT əsaslı səsli köməkçi ilə təchiz olunub və əlavə pullu abunə tələb etmədən qabaqcıl süni zəka idarəetməsinə malik ən əlçatan elektromobillərdən biri hesab olunur. NVIDIA Orin-X çipinin 508 TOPS-luq hesablama gücü bu seqmentdəki analoqlardan 4 dəfə yüksəkdir. Surround Reality sistemi vasitəsilə elektromobil 50-dən çox yol elementini - yol nişanları və müxtəlif maneələr daxil olmaqla - tanıya bilir.

Sürücü istənilən anda süni zəka sistemini deaktiv etmədən idarəetməni öz üzərinə götürə bilər. MONA M03 Max modeli iki fərqli yürüş ehtiyatı versiyasında təqdim olunur: 600 və 502 km. Plus modifikasiyasında isə bu göstəricilər müvafiq olaraq 620 və 515 km-ə qədər artır. Salon yenilənmiş AI Tianji 5.7.0 multimedia sistemi ilə təchiz edilib. Bu sistem XGPT əsaslı səsli köməkçiyə malikdir və əmrlərin 90%-dən çoxunu 1 saniyə ərzində emal edə bilir. O, təbii dilə əsaslanan dialoqları dəstəkləyir və mürəkkəb sorğular üçün dərin analiz rejimi təqdim edir.

Mərkəzdə yerləşən 15.6 düym ölçülü ekran 18 ədəd səsgücləndiricidən təşkil edilmiş audio sistemi ilə tamamlanır. Hal-hazırda XPeng MONA M03 Max yalnız Çində satışdadır və onun qiyməti təxminən 20 000$ təşkil edir. Lakin şirkət bildirib ki, bu seriyadan olan növbəti avtomobillər beynəlxalq bazarlarda da təqdim olunacaq. Bildirilir ki, 2024-cü ilin avqustunda MONA M03 Pro versiyasının satışa çıxarılmasından bəri XPeng artıq 120 000 ədəd avtomobil təhvil verib və bu, Çində elektromobil sahəsində fəaliyyət göstərən startaplar arasında satış rekordu sayılır.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin şirkətləri elektrikli uçuş aparatlarının hazırlanması üzrə yarışa giriblər

Çin şirkətləri elektrikli uçuş aparatlarının hazırlanması üzrə yarışa giriblər
İndiyədək belə görünürdü ki, Tesla-ya bənzəyən Çin şirkətlərinin yerli bazarda inkişaf yolu elektromobillərlə yanaşı insanabənzər robotların da yaradılması istiqamətində proqnozlaşdırılan şəkildə davam edir.
XPeng yenilənmiş Iron robotunu təqdim edib

XPeng yenilənmiş Iron robotunu təqdim edib
Çinin XPeng şirkəti, avtomobil yığım xətlərində çalışan Iron adlı humanoid (insanabənzər) robotunun yenilənmiş versiyasını təqdim edib. Robot Turing adlı süni zəka çipi ilə təchiz olunub, 60 oynaq, 200 hərəkət azadlığı dərəcəsi və 3000 TOPS hesablama gücünə malikdir ki, bu da ona dəqiq manipulyasiyalar aparmağa, təbii şəkildə hərəkət etməyə və dialoqlar qurmağa imkan verir.
Uçan elektromobillər bazarı adi avtomobillər bazarını 2 dəfə üstələyəcək

Uçan elektromobillər bazarı adi avtomobillər bazarını 2 dəfə üstələyəcək
Çin startapı XPeng yalnız elektromobillərin istehsalı və onlar üçün avtopilot texnologiyalarının hazırlanması ilə kifayətlənmir. Şirkət insanabənzər robotlara və elektriklə işləyən uçan aparatlar bazarına böyük önəm verir.
İnsanabənzər robotlar bir neçə ildən sonra kütləvi hala çevriləcək

İnsanabənzər robotlar bir neçə ildən sonra kütləvi hala çevriləcək
Süni zəka sahəsi ilə robototexnika paralel şəkildə inkişaf edir, çünki ikincinin tərəqqi tempi birincidəki uğur səviyyəsindən asılıdır. NVIDIA şirkətinin rəhbəri hesab edir ki, insana əbənzər robotlar istehsalat sahəsində 5 ildən də az bir müddətdə geniş yayılacaq.
Xpeng gələn il üçün robotların və uçan avtomobillərin kütləvi istehsalını planlaşdırır

Xpeng gələn il üçün robotların və uçan avtomobillərin kütləvi istehsalını planlaşdırır
Çinin XPeng şirkəti 2026-cı ilə qədər kütləvi istehsala uçan avtomobillər və humanoid (insanabənzər) robotlar buraxacağını elan edib. Əgər bu planlar uğurla həyata keçirilsə, XPeng dünyada uçan avtomobillərin seriyalı istehsalını həyata keçirən ilk şirkət olacaq.
Həftənin xəbərləri

