
İkinci Dünya Müharibəsi veteranı Tesla Model 3-ü tank ilə məhv edib (VİDEO)
Nəqliyyat
08.05.2025
Emil Nəcəfov
98 yaşlı britaniyalı İkinci Dünya Müharibəsi veteranı Ken Turner, Tesla Model 3 elektrik sedanını Sherman tankı ilə məhv edib. O bununla Tesla şirkətinin rəhbəri milyarder Elon Musk-ın siyasi fəaliyyətləri ilə razı olmadığını nümayiş etdirib. Turner bildirib ki, o, faşizmin yaranmasını görüb və indi onun geri dönüşünü müşahidə edir. Tankçının sözlərinə görə, dünyanın ən varlı adamı olan Musk öz pulunu və nüfuzunu Avropada ultrasağ partiyaları dəstəkləmək üçün istifadə edir. “Biz bir dəfə faşizmi məğlub etmişik və yenidən məğlub edəcəyik” - deyə o, döyüş maşınına əyləşməzdən əvvəl əlavə edib.
Qeyd etmək lazımdır ki, bu video Britaniyanın siyasi qrupu olan "Led By Donkeys" YouTube kanalında yerləşdirilib. Bu qrup daha əvvəl Tesla-nın Berlin-Brandenburqdakı Gigafactory zavodu yaxınlığında keçirilmiş performansla əlaqələndirilmişdi. Xatırladaq ki, bu ilin yanvar ayında aktivistlər proyektor vasitəsilə zavodun fasadında Donald Trump-ın andiçməsindən sonra Vaşinqtondakı mitinqdə çəkilmiş, Elon Musk-ın nasist salamı verdiyini iddia edən bir fotonu nümayiş etdirmişdilər. Lakin yerli polis və zavodun mühafizə xidməti bu aksiyanın həqiqətən baş tutduğunu təsdiqləyə bilməmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk OpenAI-ya zərər yetirmək istəmədiyini sübut etməyə çalışır

Elon Musk OpenAI-ya zərər yetirmək istəmədiyini sübut etməyə çalışır
Elon Musk ilə OpenAI şirkətinin hazırkı rəhbərliyi arasındakı qarşıdurmanın kökləri 2018-ci ildən əvvələ gedib çıxır. Həmin dövrdə Musk, sonradan dünyaya ChatGPT-ni təqdim edən bu gənc şirkətin formalaşmasında iştirak edirdi.
Tesla anbarlarında heç kimə lazım olmayan 10 000-dən çox Cybertruck var

Tesla anbarlarında heç kimə lazım olmayan 10 000-dən çox Cybertruck var
ABŞ-da Tesla anbarlarında 10 000-dən çox satılmamış Cybertruck-ın qalması, Elon Musk-ın ən iddialı layihələrindən biri olan bu modelin mümkün böhranla üzləşdiyini göstərir. Futuristik elektrik pikapı, satış rekordu qıracağı gözlənilərkən, birdən-birə tələbatın kəskin şəkildə azalması ilə qarşılaşıb.
Elon Musk-ın OpenAI ilə bağlı iddiaları hələ də qüvvədə qalır

Elon Musk-ın OpenAI ilə bağlı iddiaları hələ də qüvvədə qalır
Biraz əvvəl xəbər verdiyimiz xəbərə əsasən OpenAI öz idarəetmə strukturunu saxlayacaq və bu struktur qeyri-kommersiya idarə heyətinin əsas rolda olmasını nəzərdə tutur.
OpenAI kommersiya formatına keçmək planlarından imtina edib

OpenAI kommersiya formatına keçmək planlarından imtina edib
Aylardır davam edən mübahisələr və hüquqi çağırışlardan, o cümlədən Elon Musk-ın iddiasından sonra OpenAI şirkəti tamamilə kommersiya formatına keçmək planlarından imtina etmək qərarına gəlib.
Elon Musk ilə OpenAI arasındakı məhkəmə işi davam edəcək

Elon Musk ilə OpenAI arasındakı məhkəmə işi davam edəcək
Kaliforniyanın Şimal Dairə Məhkəməsi, Elon Musk-ın OpenAI, onun baş direktoru Sam Altman və əsas investoru Microsoft-a qarşı qaldırdığı iddianın dayandırılması ilə bağlı OpenAI-nin vəsatətini rədd edib.
Həftənin xəbərləri

