main-post-cover

    Hələ satışa çıxmamış Xiaomi SU7 artıq yol qəzasına uğrayıb

    Nəqliyyat
    05.02.2024
    Emil Nəcəfov
         Xiaomi-nin ilk elektromobili olan Xiaomi SU7 hələ satışa çıxmadığı halda artıq ilk yol qəzasına uğrayıb. Yol qəzasına uğramış Xiaomi SU7-nin fotosu Çinin kütləvi informasiya vasitələri tərəfindən təqdim edilib. Təqdim olunmuş fotodan da görmək olar ki, elektromobilin bamperi və sol işıq paneli zədələnib. Lakin böyük ehtimalla elektromobil işlək vəziyyətdədir. Baş vermiş yol qəzasının təfərrüatları məlum deyil. Lakin yerli bloggerlərin sözlərinə əsasən elektromobil aparılmış testlər zamanı qəzaya uğrayıb.
         Sürücü elektromobili zamanında saxlaya bilmədiyi üçün digər avtomobil ilə toqquşub. Məlumata əsasən sürücü elektromobili nəqliyyat vasitəsində qış təkərləri olmadığı üçün zamanında saxlaya bilməyib. Bir neçə müddət bundan öncə Xiaomi şirkəti Xiaomi SU7-nin qar şəraitində test videosunu təqdim etmişdi. Həmin videoda elektromobil heç bir çətinlik çəkmədən hərəkət edirdi. Böyük ehtimal ilə həmin testdə elektromobildə qış təkərləri olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Smart Band 8 Pro smart qolbağının qlobal versiyası təqdimata hazırlaşır
    xiaomi-smart-band-8-pro-smart-qolbaginin-qlobal-versiyasi-teqdimata-hazirlasir
    Xiaomi HyperOS-in qlobal beta testinə start verib
    xiaomi-hyperos-in-qlobal-beta-testine-start-verib
    Təqdimata hazırlaşan POCO X6 Neo smartfonunun texniki göstəriciləri məlum olub
    teqdimata-hazirlasan-poco-x6-neo-smartfonunun-texniki-gostericileri-melum-olub
    Xiaomi 12 Lite qlobal bazarda HyperOS-i əldə etməyə başlayıb
    xiaomi-12-lite-qlobal-bazarda-hyperos-i-elde-etmeye-baslayib
    Xiaomi öz elektromobilinin kütləvi istehsalına start verməyə hazırlaşır
    xiaomi-oz-elektromobilinin-kutlevi-istehsalina-start-vermeye-hazirlasir