Geely Galaxy E5 adlı büdcəli elektrikli krossover təqdim edilib - QİYMƏTİ
Nəqliyyat
10.05.2024
Sabina Rustamli
Çinin Geely şirkəti Galaxy E5 adlı tamamilə elektrikli krossoveri təqdim edib. Bununla belə sözügedən elektrikli krossover büdcəlidir. Geely Galaxy E5 elektromobili Geely GEA platforması əsasında hazırlanıb. Elektromobil futuristik xarici görünüşə və qapalı radiator qəfəsinə sahibdir. Onun gövdəsinin uzunluğu 4615 mm, eni 1901 mm, hündürlüyü isə 1670 mm təşkil edir. Elektromobilin mühərriki barəsində dəqiq bir məlumat yoxdur. Lakin şirkət daha öncə bu modelin 217 at gücünə sahib bir ədəd elektrikli mühərriki özündə birləşdirən versiyasını anons etmişdi.
Həmin versiya saatda 175 km sürət yığa və 2000 km yol qətt edə bilir. Çox güman ki, bu, avtomobildə daxili yanacaq mühərrikinin istifadəsi ilə mümkündür. Burdan da belə qənaətə gəlmək olar ki, digər versiya tam elektrikli deyil, hibrid versiyadır. Geely Galaxy E5-in təqdim edilmiş tam elektrikli versiyası isə panoram tavana və minimalistik interyerə sahibdir. Elektromobilin sükanı qarşısında məlumat ekranı mövcuddur.
Elektromobilin multimedia və digər sistemlərinin idarəsi isə ön hissədə mərkəzdə yerləşən böyük ölçülü sensorlu ekran vasitəsilə yerinə yetirilir. Bununla yanaşı ön oturacaqlarda istilik, ventilyasiya və massaj sistemləri reallaşdırılıb. Audio sistem qismində isə 16 ədəd səsgücləndirici çıxış edir. Geely Galaxy E5 bu ilin ikinci rübündə Çində satışa çıxacaq. Onun qiyməti isə 20 000$-dan 27 000$-a kimi təşkil edəcək. Şirkət sözügedən elektrikli krossoveri həmçinin qlobal bazarda da satışa çıxartmağı planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!