Ford və Renault ucuz EV istehsalı üçün strateji əməkdaşlığa başlayıb
Nəqliyyat
10.12.2025
Sevinc Miralızadə
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Ford-un baş direktoru Jim Farley Avropada rəqabətdə qalmağın şirkət üçün həyati əhəmiyyət daşıdığını bildirərək, avtomobil sənayesində “həyat uğrunda mübarizə apardıqlarını” deyib. Bu təzyiqin əsas səbəblərindən biri də BYD və SAIC Motor kimi Çin istehsalçılarının Avropa bazarında getdikcə daha çox pay qazanmasıdır.
Bu çətinliklər fonunda Ford və Fransanın Renault Qrupu yeni strateji əməkdaşlıq elan edib. Şirkətlər 2028-ci ildə Avropa bazarı üçün iki əlçatan qiymətli Ford markalı elektrikli avtomobil hazırlayacaq. Dizayn prosesinə Ford rəhbərlik edəcək, istehsal isə Renault-nun Fransanın şimalındakı zavodunda həyata keçiriləcək. Avtomobillər Renault-un Ampere adlı elektrik platforması üzərində qurulacaq.
Bu əməkdaşlıq Ford-un Avropada növbəti transformasiya mərhələsinin bir hissəsidir. Şirkət bu strategiya ilə daha çevik və daha az xərcli fəaliyyət göstərməyi, eyni zamanda Çin rəqiblərinə qarşı mövqeyini gücləndirməyi məqsəd qoyur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Robotaksilərin genişlənməsi fonunda təhlükəsizlik ilə bağlı tənqidlər artır
Robotaksilərin genişlənməsi fonunda təhlükəsizlik ilə bağlı tənqidlər artır
Son günlər avtonom nəqliyyat sahəsində ard-arda yeni elanlar verilir və robotaksi xidmətləri müxtəlif şəhərlərdə real istifadəyə doğru daha da yaxınlaşır.
Tesla-nın FSD sistemi mesajlaşmaya icazə verir
Tesla-nın FSD sistemi mesajlaşmaya icazə verir
Elon Musk bildirib ki, şirkətin ən son Full Self-Driving (Supervised) proqram yeniləməsi avtomobil hərəkətdə olarkən sürücülərə mesaj yazmağa icazə verir. Halbuki ABŞ ştatlarının demək olar ki, hamısında sükan arxasında telefonla mesajlaşmaq qanunla qadağandır.
Tesla-nın FSD sistemi üçün Avropa təsdiqi yenidən sual altındadır
Tesla-nın FSD sistemi üçün Avropa təsdiqi yenidən sual altındadır
Tesla-nın Avropada FSD təsdiqi hələ də qeyri-müəyyəndir. Bununla belə, RDW yol təhlükəsizliyinin prioritet olduğunu bildirir.
Renault R5 Turbo 3E elektrikli idman avtomobili təqdim edilib - QİYMƏTİ
Renault R5 Turbo 3E elektrikli idman avtomobili təqdim edilib - QİYMƏTİ
Elektrik mühərrikinə keçid avtomobil istehsalçılarına keçmişin idman əfsanələrini yeni versiyada canlandırmaq imkanı yaradır. Bu yanaşma yüksək dinamika və atmosferə sıfır tullantı ilə fərqlənir. Renault, 40 ildən çox müddət öncə əldə etmiş olduğu ralli uğurlarını canlandırmaq üçün R5 Turbo 3E konseptini hazırlayıb.
Elektrikli avtomobillərin yürüş məsafəsini 10% artıran inqilabi bir texnologiya inkişaf etdirilib!
Elektrikli avtomobillərin yürüş məsafəsini 10% artıran inqilabi bir texnologiya inkişaf etdirilib!
Cənubi Koreyalı bir şirkət, elektrikli avtomobillərin yürüş məsafəsini 10% artıran inqilabi elektrik enerjisinin təkrar emalı sistemi hazırlayıb.
Həftənin xəbərləri