main-post-cover

    Avtopilot taksi sürücülərini əmək bazarından sıxışdırıb çıxaracaq

    Nəqliyyat
    30.08.2024
    Emil Nəcəfov
         Çində avtopilot sisteminə sahib taksilərin aktiv şəkildə test olunması taksi sahəsində fəaliyyət göstərən sürücülərin narazılıqlarına səbəb olub. Lakin Counterpoint Research şirkətinin mütəxəssisləri əmindirlər ki, avtopilot texnologiyası öz növbəsində taksi ilə əlaqəli digər sahələrdə yeni iş vakansiyalarının formalaşmasına şərait yaradacaq. Buna görə də mütəxəssislərin fikirlərinə əsasən avtopilot sisteminin geniş yayılması mütləq şəkildə neqativ bir faktor deyil.
         Bu həftənin əvvəlində Çinin tənzimləyici orqanları ölkə ərazisindəki avtomobil yollarında pilotsuz taksilərin test olunmaları üçün 16000 yeni icazə lisenziyasını təqdim ediblər və üstəlik həmin taksilərin test olunmaları məqsədi üçün onlara 32000 km-lik ümumi istifadə yollarını açıblar. Qeyd etmək lazımdır ki, hələ iyun ayında pilotsuz taksi fəaliyyəti üçün icazə lisenziyasını BYD Nio şirkətləri əldə etmişdilər. Eyni zamanda Tesla şirkəti də bu cür icazənin əldə edilməsinə ümid edir.
         Uhan şəhərində 400 ədəd pilotsuz taksiyə sahib Baidu şirkəti yerli sərnişin daşınması bazarının yalnız 1%-lik payına sahibdir. Şirkətin CEO-su Robin Li-nin sözlərinə əsasən pilotsuz taksilərin istifadəyə verilməsi tədricən baş verəcək bir prosesdir və bu proses bir neçə ilə uzanacaq. Uhandakı ənənəvi taksilərin nümayəndələri isə pilotsuz taksilərin şəhərdə məhdudlaşdırılması tələbi ilə bələdiyyə orqanlarına müraciət ediblər. Belə ki, onların sözlərinə əsasən pilotsuz taksilər adi sürücülərin öz işlərini itirmələrinə səbəb olurlar.
         Pekinin şəhərətrafı ərazilərində ənənəvi taksilər ilə müqayisədə pilotsuz taksilər vasitəsilə reallaşdırılan səyahətlərin qiyməti 2 dəfə aşağıdır. Mütəxəssislərin fikirlərinə əsasən müxtəlif dövlətlərin hökumətləri taksi sahəsində fəaliyyətlərini dayandırmış sürücülərin başqa sahələr üzrə ixtisaslaşma proqramları haqqında düşünə bilərlər. Məsələn sürücülər pilotsuz taksilərə müxtəlif xidmətlərin göstərilməsi üzrə ixtisaslaşa bilərlər. Baidu şirkəti bildirib ki, o, nəqliyyatın test olunması və onun dispetçer işini görə biləcək işçilərə ehtiyac duyur. Mütəxəssislər bildiriblər ki, ABŞ-da pilotsuz taksilərə keçid prosesi öz növbəsində bu cür avtomobillərin texniki xidmət, kartoqrafik məlumatların emalı mütəxəssislərinə, dəstək xidməti operatorlarına tələbatı formalaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər