ZTE şirkəti MWC 2024-də qatlana bilən qapaqlı nubia Flip 5G smartfonunu təqdim edib - QİYMƏTİ
Cihazlar+
26.02.2024
Emil Nəcəfov
ZTE şirkəti MWC 2024 sərgisi çərçivəsində qatlana bilən qapaqlı nubia Flip 5G smartfonunu təqdim edib. Sözügedən smartfon bir neçə müddət bundan öncə Yaponiyada təqdim edilmiş nubia Libero Flip smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyasıdır. nubia Flip 5G xarici görünüşcə Libero Flip ilə eynidir. RAM və daxili yaddaş həcmi istisna olmaqla digər texniki göstəricilər baxımından da bu smartfonlar eynidirlər. Nubia Libero Flip-in texniki özəllikləri ilə bu linkdən tanış ola bilərsiniz. Nubia Flip 5G-yə gəldikdə isə o, iki versiyada satışa çıxacaq. Birinci versiya 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə, ikinci versiya isə 16 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib olacaq. Smartfonun qiyməti 420$-dan start götürəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ZTE nubia Pad 3D II planşetinin təqdimatı anons edilib
ZTE nubia Pad 3D II planşetinin təqdimatı anons edilib
ZTE şirkəti artıq rəsmi şəkildə elan edib ki, o, MWC 2024 sərgisi çərçivəsində qatlana bilən qapaqlı nubia Flip 5G smartfonunu təqdim edəcək. İndi isə məlum olub ki, ZTE sərgi çərçivəsində daha bir cihazını təqdim edəcək.
Qatlana bilən qapaqlı ZTE nubia Flip 5G smartfonunun təqdimatı anons edilib
Qatlana bilən qapaqlı ZTE nubia Flip 5G smartfonunun təqdimatı anons edilib
ZTE şirkəti öz yeni qatlana bilən qapaqlı smartfonunun təqdimatını anons edib.
Qatlana bilən qapaqlı ZTE Libero Flip smartfonu təqdim olunub - QİYMƏTİ
Qatlana bilən qapaqlı ZTE Libero Flip smartfonu təqdim olunub - QİYMƏTİ
ZTE şirkəti Yaponiyada ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edib. Smartfon ZTE Libero Flip adlanır.
Nubia Z60 Ultra flaqman smartfonunun texniki imkanları açıqlanıb
Nubia Z60 Ultra flaqman smartfonunun texniki imkanları açıqlanıb
Nubia şirkəti keçən həftə Red Magic 9 Pro smartfon seriyasını təqdim etdi. İndi isə şirkət digər flaqman smartfon seriyasının təqdimatına hazırlaşır.
Nubia Z50S flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
Nubia Z50S flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
ZTE şirkətinin Nubia brendi Z50S adlı yeni flaqman smartfonunu təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!