main-post-cover

    Xiaomi Pad 7 planşet seriyasında istifadə ediləcək prosessorlar məlum olub

    Cihazlar+
    11.10.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti hal-hazırda Xiaomi Pad 7 planşet sersiyasının təqdimatına hazırlaşır. İnsayderlər isə bu planşet seriyası barəsində bəzi təfərrüatları bölüşüblər. Beləliklə insayderlər bildiriblər ki, bu yeni planşet seriyasına iki model daxil olacaq. Çox güman ki, söhbət, Xiaomi Pad 7Pad 7 Pro modellərindən gedir.
         Məlumatda qeyd edilib ki, hər iki model 144 Hz-lik təsvir yenilənməsinə sahib 11.16 düym ölçülü LCD ekranla təchiz olunacaq. Adi Xiaomi Pad 7 modeli Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq və 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Xiaomi Pad 7 Pro modelinə gəldikdə isə o, Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq və 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Xiaomi Pad 7 planşetləri artıq bu ayın sonunda Xiaomi 15 smartfonları ilə birlikdə təqdim oluna bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi K80 smartfonları qlobal bazarda da satışa çıxacaqlar
    redmi-k80-smartfonlari-qlobal-bazarda-da-satisa-cixacaqlar
    Redmi K80 Pro flaqman prosessorla yanaşı böyük həcmli batareyanı da əldə edəcək
    redmi-k80-pro-flaqman-prosessorla-yanasi-boyuk-hecmli-batareyani-da-elde-edecek
    Redmi brendi subflaqman Snapdragon prosessorlu gaming planşetini təqdim etməyə hazırlaşır
    redmi-brendi-subflaqman-snapdragon-prosessorlu-gaming-plansetini-teqdim-etmeye-hazirlasir
    Xiaomi 15 Pro-nun 3 gövdə rəngində fotoları ortaya çıxıb
    xiaomi-15-pro-nun-3-govde-renginde-fotolari-ortaya-cixib
    Xiaomi istifadəçiləri artıq telefonlarının bootloader kilidini aça bilməyəcəklər!
    xiaomi-istifadecileri-artiq-telefonlarinin-bootloader-kilidini-aca-bilmeyecekler