main-post-cover

    Xiaomi MIX Flip 2-nin hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi məlum olub

    Cihazlar+
    04.04.2025
    Emil Nəcəfov
         Xiaomi şirkəti yeni qatlana bilən qapaqlı smartfonu MIX Flip 2-ni təqdim etməyə hazırlaşır. Bu barədə məlumat 3C sertifikatlaşdırma bazasında ortaya çıxıb - cihaz 2505APX7BC texniki nömrəsi ilə qeydə alınıb. Çin sertifikat platformasındakı məlumata görə, telefon 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Həmçinin smartfonun 5G şəbəkələri ilə uyğunluğu da təsdiqlənir.
         Qeyd etmək lazımdır ki, birinci nəsil Xiaomi MIX Flip də 67 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Xiaomi MIX Flip 2 modelinin digər texniki xüsusiyyətləri hələ açıqlanmayıb, lakin cihazın sertifikat bazasında görünməsi onun yaxın zamanda - artıq bu ilin may və ya iyun aylarında təqdim edilə biləcəyinə işarə edir. Xatırladaq ki, yeni modelin sələfi olan MIX Flip modeli Snapdragon 8 Gen 3 prosessoru əsasında qurulub və 6.86 düym ölçülü daxili OLED ekranla təchiz olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli POCO C71 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-poco-c71-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli REDMI A5 4G smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-a5-4g-smartfonu-teqdim-edilib-qiymeti
    POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
    poco-f7-pro-ve-f7-ultra-flaqman-smartfonlari-teqdim-edilib-qiymeti
    REDMI G27Q 240 Hz gaming monitoru təqdim edilib - QİYMƏTİ
    redmi-g27q-240-hz-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Xiaomi YU7 krossoverinin yeni rəsmi fotoları təqdim edilib
    xiaomi-yu7-krossoverinin-yeni-resmi-fotolari-teqdim-edilib