main-post-cover

    Xiaomi 15 smartfon seriyasının bəzi özəllikləri açıqlanıb

    Cihazlar+
    31.01.2024
    Emil Nəcəfov
         Xiaomi-nin bu il təqdim edəcəyi Xiaomi 15 smartfon seriyası barəsində yeni məlumatlar internetdə ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən sözügedən smartfon seriyası Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq. Nəticədə Xiaomi 15 smartfonları Snapdragon 8 Gen 4-ü ilk əldə edəcək smartfonlar ola bilərlər. Bununla yanaşı məlumatlarda qeyd edilib ki, adi Xiaomi 15 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.36 düym AMOLED ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edəcək. Xiaomi 15 Pro-ya gəldikdə isə o, 2K keyfiyyətli daha böyük ölçülü ekranla təchiz olunacaq. Lakin ekran ölçüsü məlumatlarda qeyd edilməyib. Xiaomi 15 smartfon seriyasının bu ilin payız fəslində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Pad 7 Pro planşetinin əsas texniki göstəriciləri açıqlanıb
    xiaomi-pad-7-pro-plansetinin-esas-texniki-gostericileri-aciqlanib
    Xiaomi SU7 elektromobilinin qiyməti barəsində məlumatlar verilib
    xiaomi-su7-elektromobilinin-qiymeti-baresinde-melumatlar-verilib
    Xiaomi 14 Ultra-nın vacib texniki imkanlarından biri açıqlanıb
    xiaomi-14-ultra-nin-vacib-texniki-imkanlarindan-biri-aciqlanib
    Qatlana bilən Xiaomi Mix Fold 4 smartfonu barəsində yeni təfərrüatlar təqdim edilib
    qatlana-bilen-xiaomi-mix-fold-4-smartfonu-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    POCO F4 GT gaming smartfonu HyperOS-i əldə etməyə başlayıb
    poco-f4-gt-gaming-smartfonu-hyperos-i-elde-etmeye-baslayib