main-post-cover

    Xiaomi 15 Pro ən nazik ekran ətrafı çərçivəni əldə edəcək smartfon olacaq

    Cihazlar+
    05.03.2024
    Emil Nəcəfov
         Bu ilin ikinci yarısında təqdim olunacaq Xiaomi 15 Pro Snapdragon 8 Gen 4 prosessorunu əldə edəcək ilk smartfonlardan biri olacaq. Lakin bu, smartfonun yeganə fərqləndirici özəlliyi olmayacaq. Belə ki, o, maksimal dərəcədə nazik ekran ətrafı çərçivəyə sahib dizaynı ilə də seçiləcək. İnsayderlərin vermiş olduqları məlumata əsasən Xiaomi 15 Pro smartfonu 0.6 mm-lik qalınlığa sahib ekran ətrafı çərçivəni əldə edəcək. Bu, iPhone 15 Pro-nun ekran ətrafı çərçivəsinin qalınlığından (1.55 mm) 3 dəfə nazikdir. Bununla yanaşı Xiaomi 15 Pro-nun daha bir özəlliyi ondan ibarət olacaq ki, onun ekranı ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanını əldə edəcək. Qeyd etmək lazımdır ki, Xiaomi 15 Pro adi Xiaomi 15 ilə birlikdə payız fəslində təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Note 13 Turbo-nun bəzi təfərrüatları məlum olub
    redmi-note-13-turbo-nun-bezi-teferruatlari-melum-olub
    Xiaomi SU7 elektromobilinin yeni gövdə rənglərində fotoları sızdırılıb
    xiaomi-su7-elektromobilinin-yeni-govde-renglerinde-fotolari-sizdirilib
    Məşhur insayder Xiaomi Civi 4 smartfonu barəsində bəzi yeniu məlumatları təqdim edib
    meshur-insayder-xiaomi-civi-4-smartfonu-baresinde-be
    Xiaomi 15 ilə Xiaomi 15 Pro-nun kütləvi istehsalı sentyabr ayı üçün planlaşdırılır
    xiaomi-15-il
    Xiaomi 14 Ultra-nın müxtəlif komponentlərinin dəyişilməsi hansı qiymətə başa gələcək?
    xiaomi-14-ultra-nin-muxtelif-komponentlerinin-deyisilmesi-hansi-qiymete-basa-gelecek