Xiaomi 14 Ultra təqdim edilib - QİYMƏTİ
Cihazlar+
22.02.2024
Emil Nəcəfov
Xiaomi şirkəti Çində Xiaomi 14 Ultra flaqman smartfonunu təqdim edib. Şirkətin bu yeni flaqman smartfonu parlaq ekranı, böyük həcmli batareyası, flaqman Snapdragon prosessoru və təkmilləşdirilmiş Leica optikaları ilə təmin olunmuş kameraları ilə seçilir. Beləliklə Xiaomi 14 Ultra 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 3200x1440 piksel keyfiyyətli 6.73 düym yastı AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Üstəlik ekran Xiaomi Dragon Crystal Glass adlı qoryucu şüşə ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
Smartfonun gövdə ətraf çərçivəsi alüminium ərintisindən hazırlanıb. Həmçinin gövdə IP68 standartı üzrə sudan qorunur. Onu da qeyd etmək lazımdır ki, Xiaomi 14 Ultra-nın titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəyə sahib versiyası da mövcuddur. Xiaomi 14 Ultra özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və özündə 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini birləşdirir.
Kameralar mövzusuna gəldikdə isə Xiaomi 14 Ultra 50 MP (f/1.63-f/4.0 dəyişkən diafraqma, optik stabilizasiya) + 50 MP (f/1.8 diafraqma, 122 dərəcə bucaq əhatəsi, avtofokus) + 50 MP (f/1.8 diafraqma, 3.2 qat optik zoom, optik stabilizasiya) + 50 MP (f/2.5 diafraqma, 5 qat optik zoom, 100 qat rəqəmsal zoom, optik stabilizasiya) dördlü arxa kamera və 32 MP-lik (f/2.0 diafraqma, 90 dərəcə bucaq əhatəsi) ön kamera ilə təchiz olunub. Smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 5300 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Xiaomi 14 Ultra artıq Çin bazarında satışa çıxıb. Onun qlobal versiyası 25 fevral tarixində MWC 2024 sərgisi çərçivəsində təqdim ediləcək. Smartfonun Çin bazarındakı qiymətləri isə aşağıdakı kimidir.
- 12 GB RAM + 256 GB yaddaş - 903$
- 16 GB RAM + 512 GB yaddaş - 973$
- 16 GB RAM + 1 TB yaddaş - 1084$
- 16 GB RAM + 1 TB yaddaş (titan materialdan hazırlanmış gövdə ətrafı çərçivə) - 1223$.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimatdan bir gün qabaq Xiaomi 14 Ultra barəsində yeni rəsmi məlumatlar verilib
Təqdimatdan bir gün qabaq Xiaomi 14 Ultra barəsində yeni rəsmi məlumatlar verilib
Artıq sabah Çində Xiaomi 14 Ultra flaqman smartfonu təqdim ediləcək.
Xiaomi Civi 4 Geekbench testlərindən keçib
Xiaomi Civi 4 Geekbench testlərindən keçib
Xiaomi şirkətinin hazırladığı Xiaomi Civi 4 smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfonun bəzi texniki özəllikləri məlum olub.
RedmiBook Pro 14 (2024) və RedmiBook Pro 16 (2024) noutbukları təqdimata hazırlaşırlar
RedmiBook Pro 14 (2024) və RedmiBook Pro 16 (2024) noutbukları təqdimata hazırlaşırlar
Artıq məlumdur ki, 22 fevral tarixində Xiaomi şirkəti özünün Xiaomi 14 Ultra flaqman smartfonunu və Xiaomi Pad 6S Pro planşetini təqdim edəcək. Lakin təqdimat tədbirində Xiaomi-dən əlavə olaraq Redmi brendi də iştirak edəcək.
Xiaomi Pad 6S Pro planşeti barəsində əlavə rəsmi məlumatlar verilib
Xiaomi Pad 6S Pro planşeti barəsində əlavə rəsmi məlumatlar verilib
Dünən Xiaomi şirkəti rəsmi şəkildə elan etdi ki, 22 fevral tarixində Çində Xiaomi 14 Ultra smartfonu ilə birlikdə həmçinin Xiaomi Pad 6S Pro planşeti də təqdim olunacaq.
Xiaomi Civi 4-ün hansı prosessoru əldə edəcəyi və nə zaman təqdim olunacağı açıqlanıb
Xiaomi Civi 4-ün hansı prosessoru əldə edəcəyi və nə zaman təqdim olunacağı açıqlanıb
Xiaomi şirkəti özünün Xiaomi Civi smartfon seriyasının yeni modeli üzərində çalışmağa davam edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!