main-post-cover

    WhatsApp-da mesajların müxtəlif dillərə tərcüməsi funksiyası istifadəyə veriləcək

    Cihazlar+
    22.07.2024
    Emil Nəcəfov
         Wabetanfo saytı Whatsapp-ın Android üçün nəzərdə tutulmuş beta versiyasında test edilən yeni funksiyanın screenshot fotolarını təqdim edib. Söhbət, mesajların sürətli şəkildə müxtəlif dillərə tərcüməsi funksiyasından gedir. Məlumata əsasən sözügedən yeni funksiya mesajları tək-tək və ya dialoqu bütünlüklə avtomatik şəkildə tərcümə etmək imkanına sahib olacaq. Yeni funksiyadan istifadə etməyə başlayan zaman messencer lazım olan dil paketini yükləməyi təklif edəcək.
         Bu öz növbəsində messenceri bulud servisə yönlənmək ehtiyacından azad edəcək. Nəticədə istifadəçinin çatdakı yazışmaları konfidensial olaraq qalacaq və kənar serverə ötürülməyəcək. Məlumata əsasən hal-hazırda bu funksiya ingilis, rus, portuqal, ispan və ərəb dillərini dəstəkləyir. Gələcəkdə isə dəstəklənəcək dillərin siyahısı genişləndiriləcək. Gözləntilərə əsasən mesajların müxtəlif dillərə tərcümə funksiyası WhatsApp üçün yaxın gələcəkdə istifadəyə veriləcək yenilənmələrdən biri çərçivəsində istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    WhatsApp, artıq telefon nömrəsi olmadan istifadə oluna biləcək!
    whatsapp-artiq-telefon-nomresi-olmadan-istifade-oluna-bilecek
    WhatsApp-ın beta versiyasında səsli mesajların mətn formatına çevrilməsi funksiyası istifadəyə verilib
    whatsapp-in-beta-versiyasinda-sesli-mesajlarin-metn-formatina-cevrilmesi-funksiyasi-istifadeye-verilib
    WhatsApp, söhbətlərə Google Translate-i əlavə etməyi planlaşdırır!
    whatsapp-sohbetlere-google-translate-i-elave-etmeyi-planlasdirir
    WhatsApp daxilin Meta AI çat-botu fotoları redaktə edə biləcək
    whatsapp-daxilin-meta-ai-cat-botu-fotolari-redakte-ede-bilecek
    WhatsApp, süni intellekt əsaslı şəkil yaratma xüsusiyyətini əldə edir!
    whatsapp-suni-intellekt-esasli-sekil-yaratma-xususiyyetini-elde-edir