main-post-cover

    Vivo X Fold 3 Pro-ya aid olduğu güman edilən batareya həcmi açıqlanıb

    Cihazlar+
    16.01.2024
    Emil Nəcəfov
         2023-cü ilin sonlarına yaxın insayderlər xəbər vermişdilər ki, 2024-cü ildə Çinin smartfon brendləri öz əsas diqqətlərini cihazlarının batareya həcmlərinin artırılmasına ayıracaqlar. Görünür, bu, şirkətlərin adi smartfonlarını deyil, həmçinin qatlana bilən smartfonlarını da əhatə edəcək. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən vivo şirkəti hal-hazırda daxilində iki ədəd batareyaya sahib olan smartfon üzərində çalışır. Məlumata əsasən iki batareyanın ümumi həcmi 5500 mAh təşkil edir. Bununla yanaşı insayder bildirib ki, smartfonun daxilində olan iki ədəd batareya 100 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarını dəstəkləyir. Gözləntilərə əsasən sözügedən iki batareyanı vivo-nun yeni qatlana bilən smartfonu olacaq vivo X Fold 3 Pro əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo X100 Ultra smartfonu barəsində məlumatlar verilib
    vivo-x100-ultra-smartfonu-baresinde-melumatlar-verilib
    Məşhur insayder qatlana bilən vivo X Fold 3 Pro haqqında bəzi yeni məlumatları təqdim edib
    meshur-insayder-qatlana-bilen-vivo-x-fold-3-pro-haqqinda-bezi-yeni-melumatlari-teqdim-edib
    Vivo X Fold 3 dünyanın ən yüngül qatlana bilən smartfonu ola bilər
    vivo-x-fold-3-dunyanin-en-yungul-qatlana-bilen-smartfonu-ola-biler
    Qatlana bilən vivo X Fold 3-ün render fotoları ortaya çıxıb
    qatlana-bilen-vivo-x-fold-3-un-render-fotolari-ortaya-cixib
    Vivo Pad 3 planşetinin bəzi tenxiki imkanları açıqlanıb
    vivo-pad-3-plansetinin-bezi-tenxiki-imkanlari-aciqlanib