main-post-cover

    Vivo T3 Ultra adlı yeni subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.09.2024
    Emil Nəcəfov
         Vivo şirkəti vivo T3 Ultra adlı yeni subflaqman smartfonunu təqdim edib. Vivo-nun bu yeni subflaqman smartfonu böyük ölçülü ekranı, MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə vivo T3 Ultra smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1260 piksel keyfiyyətli 6.78 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir və barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
         Smartfon MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP ikili arxa kameranı və 50 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə vivo T3 Ultra 80 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Vivo T3 Ultra-nın satışlarına 19 sentyabr tarixində start veriləcək və o, ilk növbədə Hindistanda satılacaq. Onun Hindistan bazarında qiyməti 381$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli vivo Y300 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y300-pro-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli vivo Y37 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y37-pro-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli vivo T3 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-t3-pro-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo X200 smartfon seriyasının təqdimat müddəti açıqlanıb
    vivo-x200-smartfon-seriyasinin-teqdimat-muddeti-aciqlanib
    Məşhur insayder vivo X200 Mini smartfonunun bəzi özəlliklərini açıqlayıb
    meshur-insayder-vivo-x200-mini-smartfonunun-bezi-ozelliklerini-aciqlayib