
Təqdimata hazırlaşan Xiaomi 15T-nin render fotoları təqdim olunub
Cihazlar+
09.09.2025
Emil Nəcəfov
Xiaomi şirkəti dünən Xiaomi 15T smartfon seriyasının təqdimatını anons etdi. Sözügedən smartfon seriyası 24 sentyabr tarixində təqdim olunacaq. Gözləntilərə əsasən bu seriyaya 2 model daxil olacaq: Xiaomi 15T və Xiaomi 15T Pro. İndi isə insayderlər Xiaomi 15T modelinin render fotolarını təqdim ediblər. Təqdim edilmiş render fotolarda smartfon iki gövdə rəngində əks olunub: qara və boz. Render fotolardan da görmək olar ki, Xiaomi 15T özündə yastı gövdə dizaynını birləşdirəcək və onun arxa panelində kvadrat formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Çox güman ki, Xiaomi 15T Pro modeli də eyni xarici görünüşə sahib olacaq. Son məlumatlara əsasən Xiaomi 15T smartfonu MediaTek Dimensity 8400 Ultra prosessoru vasitəsilə çalışacaq.


Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
REDMI G27Q 2026 gaming monitoru təqdim edilib - QİYMƏTİ

REDMI G27Q 2026 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz yeni gaming monitorunu təqdim edib. Brendin yeni gaming monitoru REDMI G27Q 2026 adlanır.
Xiaomi 15T smartfon seriyasının təqdimatı anons edilib

Xiaomi 15T smartfon seriyasının təqdimatı anons edilib
Xiaomi şirkəti Xiaomi 15T smartfon seriyasının təqdimatını anons edib.
Büdcəli POCO C85 smartfonu təqdim edilib - QİYMƏTİ

Büdcəli POCO C85 smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin POCO brendi öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO C85-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Böyük avtomobil istehsalçıları proqram təminatının hazırlanmasında geri qalırlar

Böyük avtomobil istehsalçıları proqram təminatının hazırlanmasında geri qalırlar
Ənənəvi istehsal modelindən rəqəmsal iş formatına keçid bir çox ənənəvi avtomobil istehsalçıları üçün həddindən artıq mürəkkəb və baha başa gəlib. Yeni şəraitdə onlara müxtəlif yanaşmalar tətbiq etmək lazım gəlir.
Ağıllı saat bazarında Huawei Apple-ı geridə qoyaraq dünya liderinə çevrilib

Ağıllı saat bazarında Huawei Apple-ı geridə qoyaraq dünya liderinə çevrilib
2025-ci ilin ikinci rübünün yekunlarına görə Huawei ilk dəfə ağıllı saat tədarükü həcminə görə Apple-ı geridə qoyaraq dünyada birinci yerə çıxıb. Bu nailiyyətdə əsas rol Çin bazarına məxsusdur, hansı ki, dünya üzrə cihaz tədarükünü illik müqayisədə 8% artırıb. Müsbət dinamikanın bərpası qlobal ağıllı saat bazarının canlanmasını göstərdi.
Həftənin xəbərləri

