Təqdimata hazırlaşan POCO F6-nın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə məlum olub
Cihazlar+
14.05.2024
Emil Nəcəfov
Xiaomi-nin POCO brendi dünən POCO F6 subflaqman smartfonunun təqdimatını anons etdi. Sözügedən smartfon 23 may tarixində təqdim olunacaq. İndi isə POCO brendi sözügedən smartfonun hansı prosessor vasitəsilə çalışacağını rəsmi şəkildə açıqlayıb. Beləliklə POCO tərəfindən təqdim edilmiş posterə əsasən POCO F6 smartfonu Snapdragon 8s Gen 3 prosessorunu əldə edəcək.
Qeyd etmək lazımdır ki, POCO F6 keçən ay Çində təqdim edilmiş Redmi Turbo 3-ün qlobal bazar üçün nəzərdə tutulmuş versiyası rolunda çıxış etməlidir. Burdan da belə qənaətə gəlmək olar ki, POCO F6 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ekranla təchiz olunmalı və özündə 50 MP + 8 MP ikili arxa kamera ilə 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Həmçinin qeyd etmək lazımdır ki, POCO brendi 23 may tarixində POCO F6 ilə yanaşı POCO F6 Pro-nu da təqdim edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
POCO F6 subflaqman smartfonun təqdimatı anons edilib
POCO F6 subflaqman smartfonun təqdimatı anons edilib
Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Xiaomi-nin POCO brendi sonunda POCO F6 smartfonunun təqdimatını anons edib.
Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in render fotosu və texniki göstəriciləri təqdim edilib
Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in render fotosu və texniki göstəriciləri təqdim edilib
Xiaomi şirkəti hal-hazırda ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Sözügedən smartfonun Xiaomi Mix Flip adlanacağı güman edilir.
Xiaomi 15 Pro kamera mövzusunda Xiaomi 14 Pro üzərində bir üstünlüyə sahib olacaq
Xiaomi 15 Pro kamera mövzusunda Xiaomi 14 Pro üzərində bir üstünlüyə sahib olacaq
Xiaomi şirkəti bu ilin ikinci yarısında Xiaomi 15 smartfon seriyasını təqdim edəcək.
Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları məşhur insayder tərəfindən açıqlanıb
Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları məşhur insayder tərəfindən açıqlanıb
Biz artıq dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti bu il öz yeni qatlana bilən smartfonlarını təqdim edəcək.
Xiaomi Pad 7 planşetlərinin çıxış müddətləri açıqlanıb
Xiaomi Pad 7 planşetlərinin çıxış müddətləri açıqlanıb
Artıq məlumdur ki, Xiaomi şirkəti özünün Xiaomi Pad 7 adlı yeni planşet seriyası üzərində çalışır. İndi isə insayderlər sözügedən planşet seriyasının nə zaman satışa çıxa biləcəyi barəsində məlumat veriblər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!