main-post-cover

    Təqdimata hazırlaşan Honor Tablet GT Pro-nun prosessoru və batareya həcmi rəsmi şəkildə məlum olub

    Cihazlar+
    14.10.2024
    Emil Nəcəfov
         Honor 16 oktyabr tarixində Honor Tablet GT Pro adlı yeni planşetini təqdim edəcək. Təqdimata sayılı günlərin qalmasına baxmayaraq şirkət sözügedən yeni planşet barəsində məlumatları təqdim etməyə davam edir. Bu dəfə şirkət onun hansı prosessor vasitəsilə çalışacağını və hansı həcmdə batareyanı əldə edəcəyini açıqlayıb. Beləliklə şirkətin məlumatına əsasən Honor Tablet GT Pro planşeti Snapdragon 8s Gen 3 subflaqman prosessoru vasitəsilə çalışacaq. Batareyaya gəldikdə isə planşet özündə 10050 mAh enerji tutumlu batareyanı birləşdirəcək və üstəlik 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Şirkət artıq rəsmi şəkildə təsdiqləyib ki, Honor Tablet GT Pro 144 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli 12.3 düym ölçülü OLED ekranı əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan Honor Magic 7 Pro-nun texniki imkanları barəsində təfərrüatlar verilib
    teqdimata-hazirlasan-honor-magic-7-pro-nun-texniki-imkanlari-baresinde-teferruatlar-verilib
    Honor Magic 7 smartfon seriyasının təqdimatı anons edilib
    honor-magic-7-smartfon-seriyasinin-teqdimati-anons-edilib
    Honor X60 smartfonlarının gövdələri olduqca dözümlü olacaqlar
    honor-x60-smartfonlarinin-govdeleri-olduqca-dozumlu-olacaqlar
    Honor X60 Pro-nun batareya həcmi 6000 mAh-dan daha böyük olacaq
    honor-x60-pro-nun-batareya-hecmi-6000-mah-dan-daha-boyuk-olacaq
    Təqdimata hazırlaşan Honor Tablet GT Pro planşetinin ekran özəllikləri açıqlanıb
    teqdimata-hazirlasan-honor-tablet-gt-pro-plansetinin-ekran-ozellikleri-aciqlanib