
Süni zəka əsaslı nitq tərcüməsinə sahib Huawei Smart Glasses 2 ağllı eynəyi təqdim edilib - QİYMƏTİ
Cihazlar+
16.04.2025
Emil Nəcəfov
Huawei şirkəti Çində Smart Glasses 2 adlı yeni ağıllı eynəyini təqdim edib. Bu cihaz öz kateqoriyası üçün qeyri-adi hesab edilən dizaynla - içi boş titandan hazırlanmış dairəvi çərçivə və optik linzalarla fərqlənir. Şirkət bildirib ki, çərçivənin dayanıqlığı və zərifliyi təmin etmək üçün 33 texnoloji prosesdən keçib. Lakin məhsulun üstünlükləri təkcə yığılma keyfiyyəti və xarici görünüşü ilə məhdudlaşmır. Huawei-nin yeni ağıllı eynəyi süni zəkaya əsaslanan bir sıra funksiyaları da dəstəkləyir. Bunlardan biri - səsli əmrlə aktivləşdirilə bilən onlayn nitq tərcüməsi funksiyasıdır.

Huawei dəstəklənən dillərin siyahısını açıqlamasa da, cihazın müxtəlif dillər arasında axıcı tərcümə təqdim edə biləcəyinə zəmanət verir. Bundan əlavə, cihazda Cervical Health 2.0 adlı funksiya da mövcuddur. Adından göründüyü kimi, bu funksiya qadın sağlamlığına yönəlib və bu sahədə istifadəçiyə müxtəlif tövsiyələr verə bilər. Cihaz həmçinin hava proqnozunu göstərmək, planlaşdırılmış işləri xatırlatmaq imkanına malikdir. Baş hərəkətləri ilə idarəetmə funksiyaları da dəstəklənir. Məsələn, gələn zəngə cavab vermək üçün sadəcə başı yüngülcə tərpətmək kifayətdir.

Smart Glasses 2 cihazı 9 saata qədər danışıq, 11 saata qədər isə musiqi dinləmə rejimində avtonom işləməyi təmin edən batareya ilə təchiz olunub. Batareyanın 0-dan 100%-ə qədər tam doldurulması 50 dəqiqə çəkir. Huawei-nin yeni ağıllı eynəyi artıq Çində satışdadır və təxminən 313$-a təklif olunur. Cihazın beynəlxalq bazara çıxışı barədə hələlik məlumat yoxdur, lakin qlobal bazar üçün şirkətin eyni funksiyalara malik Eyewear 2 modeli mövcuddur.
Mənbə: Notebookcheck
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
HUAWEI MatePad 11.5 PaperMatte – Yüksək Performans və Gözəl Dizayn

HUAWEI MatePad 11.5 PaperMatte – Yüksək Performans və Gözəl Dizayn
HUAWEI MatePad 11.5 PaperMatte müasir kosmik boz rəngdə metal korpusu ilə zərif və möhkəmdir. Yalnız 6.85 mm qalınlıqda və 499 qram çəkidə olduğu üçün daşınması rahatdır. 11.5 düymlük PaperMatte ekranı kağız effekti yaradır və gözləri qoruyur.
ABŞ hökuməti Huawei və digər Çin şirkətlərinə qarşı yeni istintaqa start verib

ABŞ hökuməti Huawei və digər Çin şirkətlərinə qarşı yeni istintaqa start verib
ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) Huawei və China Telecom da daxil olmaqla bir neçə Çin telekommunikasiya şirkətinə qarşı yeni araşdırmaya başlayıb. Tənzimləyici orqan bu şirkətləri ABŞ ərazisində fəaliyyətə qoyulan məhdudiyyətləri pozmaqda şübhəli bilərək hərəkətə keçib.
HUAWEI nova 13 və HUAWEI nova 13i - Zəriflik və dinamiklik

HUAWEI nova 13 və HUAWEI nova 13i - Zəriflik və dinamiklik
İlk növbədə smartfonların unikal rəng seçimləri ilə istifadəçilərə yeni və fərqli təəssürat yaradacaqlarını qeyd etmək lazımdır. HUAWEI nova 13-ün dumanlı yaşıl, ağ və klassik qara rəngləri premium və zərif görünüş bəxş edir.
Huawei öz noutbuklarında Windows-dan HarmonyOS-ə keçə bilər

Huawei öz noutbuklarında Windows-dan HarmonyOS-ə keçə bilər
Huawei MateBook noutbukları Windows-dan HarmonyOS-a keçə bilər. Huawei MateBook noutbukları uzun illər Windows əməliyyat sistemi ilə təchiz olunurdu, lakin bu vəziyyət yaxın zamanda dəyişə bilər.
HarmonyOS Çində iOS-i geridə qoyub

HarmonyOS Çində iOS-i geridə qoyub
2019-cu ildən ABŞ sanksiyaları altında olan Çin texnologiya nəhəngi Huawei Technologies öz əməliyyat sistemi olan HarmonyOS-i inkişaf etdirmək məcburiyyətində qalıb.
Həftənin xəbərləri

