Samsung naqilsiz şarj texnologiyasına sahib yeni power bankını təqdim edib - QİYMƏTİ
Cihazlar+
05.04.2024
Farid Pardashunas
Samsung şirkəti yeni power bankını təqdim etməklə öz aksesuarlar kataloqunu genişləndirib. Şirkətin yeni power bankı 10 000 mAh batareya həcminə sahibdir. Bununla yanaşı bu power bankın əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, naqilsiz şarj texnologiyasını dəstəkləyir. Power bank-ın naqilsiz şarj texnologiyası 7.5 vatt gücündədir. Onun sayəsində smart saatları və naqilsiz qulaqlıqları şarj etmək olar. Power bank özündə iki ədəd USB-C girişini və 25 vatt çıxış gücünü birləşdirir. Onun çəkisi isə 222 qramm təşkil edir. Sözügedən Power bank artıq Çində satışa çıxıb və onun qiyməti 34$ təşkil edir. Bu aksesuarın digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S24 FE düşünüldüyündən daha tez təqdim oluna bilər
Samsung Galaxy S24 FE düşünüldüyündən daha tez təqdim oluna bilər
Keçən il Samsung şirkəti Galaxy S23 FE smartfonunu təqdim etdi. İndi isə şirkət onun davamçıcısı olacaq Galaxy S24 FE üzərində çalışır.
Samsung Galaxy Z Fold 6 hansı həcmdə batareyanı və hansı gücdə sürətli şarj texnologiyasını əldə edəcək?
Samsung Galaxy Z Fold 6 hansı həcmdə batareyanı və hansı gücdə sürətli şarj texnologiyasını əldə edəcək?
Dünən Samsung Galaxy Z Fold 6-nın hansı çəkiyə və qalınlığa sahib olacağı barəsində məlumat ortaya çıxdı. İndi isə sözügedən smartfonun batareya həcmi və onun hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi barəsində məlumatlar verilib.
Samsung Exynos 2500 flaqman prosessoru təkcə smartfonlarda istifadə edilməyəcək
Samsung Exynos 2500 flaqman prosessoru təkcə smartfonlarda istifadə edilməyəcək
Samsung ya bu ilin sonunda ya da gələn ilin əvvəlində Exynos 2500 prosessorunu təqdim edəcək.
Samsung Galaxy Watch 7 Pro-nun vacib texniki özəlliyi məlum olub
Samsung Galaxy Watch 7 Pro-nun vacib texniki özəlliyi məlum olub
Samsung bu il Galaxy Watch 7 smart saat seriyasını təqdim edəcək. Bu smart saat seriyasına 3 modelin daxil olacağı və onlardan birinin Galaxy Watch 7 Pro olacağı gözlənilir.
Məşhur insayder Samsung Galaxy Z Fold 6 Ultra-nın hazırlandığını təsdiqləyib
Məşhur insayder Samsung Galaxy Z Fold 6 Ultra-nın hazırlandığını təsdiqləyib
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Samsung bu il 3 ədəd qatlana bilən smartfonu təqdim edəcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!