main-post-cover

    Samsung Galaxy Z Fold 7 birinci nəsil Galaxy Fold-dan 2 dəfə daha nazik ola bilər

    Cihazlar+
    29.04.2025
    Emil Nəcəfov
         Samsung yeni bir rekorda imza atmağı planlaşdırır - Galaxy Z Fold 7 bazarda ən nazik qatlana bilən smartfon ola bilər. İnsayderlərin məlumatlarına görə cihaz qatlanmış halda cəmi 8.2 mm gövdə qalınlığına malik olacaq. Bu, OPPO Find N5-in (8.9 mm) qalınlığından azdır və əvvəlki model olan Galaxy Z Fold 6-dan 30%-dən çox nazikdir. Əgər bu təsdiqlənərsə, Galaxy Z Fold 7 tarixdəki ən nazik “kitab” formatlı smartfon olacaq. Sızıntıya əsasən, yeni model birinci nəsil Galaxy Fold-dan demək olar ki, 2 dəfə, ötən ilki modeldən isə 4 mm daha nazik olacaq.
         Bu irəliləyiş gözlənilməz sayılır, çünki daha əvvəl cihazın qalınlığının 9.5 mm olacağına dair daha real ehtimallar səsləndirilmişdi. Samsung-un bu incəlik səviyyəsinə necə nail olacağı hələlik məlum deyil. Şirkət, ehtimal ki, S Pen stilusunun  iş prinsipini dəyişəcək və daxili rəqəmsal qatı Apple Pencil-a bənzər yanaşma ilə əvəz edəcək. Gözlənilir ki, Galaxy Z Fold 7 smartfonu Snapdragon 8 Elite prosessoru ilə təchiz olunacaq, bu da ona Honor Magic V3OPPO Find N5 kimi daha nazik rəqiblərlə rəqabət aparmaq imkanı verəcək. Smartfonun qiymətinin 1900$-ı aşması yüksək görünsə də, cihazın kompakt ölçüləri bu dəyəri əsaslandıra bilər. Lakin hələlik bunlar yalnız şayiələrdir və dəqiq detallar yay fəslində keçiriləcək Galaxy Unpacked təqdimatında məlum olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Gemini-nin Galaxy cihazlarına öncədən quraşdırılması üçün Google Samsung-a külli miqdarda vəsait ödəyirmiş
    gemini-nin-galaxy-cihazlarina-onceden-qurasdirilmasi-ucun-google-samsung-a-kulli-miqdarda-vesait-odeyirmis
    OneUI 8.0-ı əldə edəcək Samsung cihazlarının qeyri-rəsmi siyahısı təqdim edilib
    oneui-80-i-elde-edecek-samsung-cihazlarinin-qeyri-resmi-siyahisi-teqdim-edilib
    Samsung Galaxy cihazlarına Perplexity süni zəka köməkçisinin inteqrasiyası nəzərdən keçirilir
    samsung-galaxy-cihazlarina-perplexity-suni-zeka-komekcisinin-inteqrasiyasi-nezerden-kecirilir
    Nazik gövdəyə sahib orta büdcəli Samsung Galaxy M56 5G təqdim edilib - QİYMƏTİ
    nazik-govdeye-sahib-orta-budceli-samsung-galaxy-m56-5g-teqdim-edilib-qiymeti
    Dözümlü gövdəyə sahib Samsung Galaxy Tab Active 5 Pro planşeti təqdim edilib - QİYMƏTİ
    dozumlu-govdeye-sahib-samsung-galaxy-tab-active-5-pro-planseti-teqdim-edilib-qiymeti