main-post-cover

    Samsung Galaxy Z Fold 6 ilə Z Flip 6-nın hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəkləri məlum olub

    Cihazlar+
    28.03.2024
    Emil Nəcəfov
         Yay fəslində Samsung-un qatlana bilən Galaxy Z Fold 6 ilə Z Flip 6 smartfonlarını təqdim edəcəyi gözlənilir. İndi isə bu qatlana bilən smartfonların hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəkləri barəsində məlumat ortaya çıxıb. Məlumata əsasən Samsung-un SM-F9560SM-F4710 model nömrələrinə sahib smartfonları Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçiblər.
         Birinci model nömrə Galaxy Z Fold 6-ya, ikinci model nömrə isə Galaxy Z Flip 6-ya aiddir. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında qeyd edilib ki, bu yeni qatlana bilən smartfonlar Samsung EP-TA800 adlı şarj adapterindən istifadə edəcəklər. Bu şarj adapteri isə 25 vatt gücündədir. Samsung bu şarj adapterini artıq uzun zamandır ki, öz flaqman və bəzi orta büdcəli smartfonlarında istifadə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S25-də hansı dəyişikliklər gözlənilir?
    samsung-galaxy-s25-de-hansi-deyisiklikler-gozlenilir
    OneUI 6.1 istifadəçi interfeysi Samsung-un keçən ilki flaqman smartfonları üçün istifadəyə verilib
    oneui-61-istifadeci-interfeysi-samsung-un-kecen-ilki-flaqman-smartfonlari-ucun-istifadeye-verilib
    Samsung Galaxy Tab S10 planşetləriu müxtəlif prosessorlara sahib ola bilərlər
    samsung-galaxy-tab-s10-plansetleriu-muxtelif-prosessorlara-sahib-ola-bilerler
    Samsung Galaxy Watch 7 smart saatları daha böyük yaddaş həcminə sahib ola bilərlər
    samsung-galaxy-watch-7-smart-saatlari-daha-boyuk-yaddas-hecmine-sahib-ola-bilerler
    Samsung Galaxy C smartfon seiryasını bazara geri qaytarmağa hazırlaşır
    samsung-galaxy-c-smartfon-seiryasini-bazara-geri-qaytarmaga-hazirlasir