Samsung Galaxy S25 Ultra smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
05.11.2024
Emil Nəcəfov
Samsung şirkətinin gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 smartfon seriyasına ənənə üzrə daxil olacaq modellərdən biri də Galaxy S25 Ultra olacaq. İndi isə məlum olub ki, Galaxy S25 Ultra smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Galaxy S25 Ultra-nın prosessoru özündə 4.47 GHz tezlikdə çalışan 2 ədəd nüvəni və 3.53 GHz tezlikdə çalışan 6 ədəd nüvəni birləşdirir.
Söhbət, təbii ki, Snapdragon 8 Elite prosessorundan gedir. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 15-i əldə edəcək. Beləliklə Galaxy S25 Ultra smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 3148 xal, çox nüvəli testi çərçivəsində isə 10 236 xal toplayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S25 smartfonlarının silikon keyslərinin fotoları ortaya çıxıb
Samsung Galaxy S25 smartfonlarının silikon keyslərinin fotoları ortaya çıxıb
Samsung-un Galaxy S25 smartfonlarını yanvar ayında təqdim edəcəyi gözlənilir. Təqdimat müddəti yaxınlaşdıqca sözügedən smartfonlar barəsində daha çox məlumat ortaya çıxır.
Samsung gələn il Galaxy Flip FE smartfonunu təqdim edə bilər
Samsung gələn il Galaxy Flip FE smartfonunu təqdim edə bilər
Ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti qatlana bilən smartfonlar portfoliosunu yeni modellər vasitəsilə genişləndirməyi planlaşdırır.
OneUI 7.0-ı əldə edəcək Samsung cihazlarının qeyri-rəsmi siyahısı ortaya çıxıb
OneUI 7.0-ı əldə edəcək Samsung cihazlarının qeyri-rəsmi siyahısı ortaya çıxıb
Samsung şirkəti bir neçə müddət bundan öncə bildirmişdi ki, OneUI 7.0 istifadəçi interfeysinin beta testinə bu ilin sonuna kimi start veriləcək. İstifadəçi interfeysinin stabil versiyasının 2025-ci ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir.
Samsung Galaxy S25-in nazik gövdəli versiyası təqdim oluna bilər
Samsung Galaxy S25-in nazik gövdəli versiyası təqdim oluna bilər
Məlumatda qeyd edilib ki, şirkətin nazik gövdəli smartfonu Galaxy S25 seriyasına daxil olacaq.
Exynos vasitəsilə çalışan bəzi Samsung cihazlarında ciddi sistem boşluğu aşkar edilib
Exynos vasitəsilə çalışan bəzi Samsung cihazlarında ciddi sistem boşluğu aşkar edilib
Samsung şirkəti Exynos prosessorları vasitəsilə çalışan bəzi smartfon və smart saatlarda ciddi sistem boşluğu aşkar edib. Aşkar edilmiş sistem boşluğu istifadəçilərin özəl məlumatlarını təhlükə altına atır.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!