Samsung Galaxy S25+ smartfonunun Snapdragon prosessorlu versiyası Geekbench testlərindən keçib
Cihazlar+
28.11.2024
Emil Nəcəfov
Gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25+ smartfonunun bir neçə müddət bundan öncə Exynos prosessoruna sahib versiyası Geekbench testlərindən keçmişdi. İndi isə məlum olub ki, sözügedən smartfon yenidən Geekbench testlərindən keçib. Lakin bu dəfə smartfon fərqli prosessora sahib olub. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən bu dəfə testlərdən Galaxy S25+ smartfonunun Snapdragon 8 Elite prosessoruna sahib versiyası keçib.
Geekbench testlərində iştirak etmiş smartfon özündə 12 GB RAM-ı birləşdirib. Üstəlik Geekbench sayəsində məlum olub ki, Galaxy S25+ smartfonu qutudan Android 15-i əldə edəcək. Beləliklə Snapdragon 8 Elite prosessoru sayəsində smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 3160 xal, çox nüvəli testi çərçivəsində isə 9941 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, smartfonun Exynos 2500 prosessoruna sahib versiyası Geekbench testlərindən keçən zaman bir nüvəli test çərçivəsində 2359 xal, çox nüvəli test çərçivəsində isə 8141 xal toplamışdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S25 Ultra-nın canlı videosu ilk dəfə internetə sızdırılıb!
Samsung Galaxy S25 Ultra-nın canlı videosu ilk dəfə internetə sızdırılıb!
Samsung, böyük maraqla gözlənilən Galaxy S25 seriyasını gələn ilin əvvəlində təqdim etməyə hazırlaşır. Seriyanın ən üst modeli olan Galaxy S25 Ultra ilk dəfə işlək vəziyyətdə canlı olaraq görüntülənib.
Samsung Galaxy M16 5G smartfonu Geekbench testlərindən keçib
Samsung Galaxy M16 5G smartfonu Geekbench testlərindən keçib
Samsung şirkəti hal-hazırda təkcə Galaxy A seriyasının deyil, həmçinin Galaxy M seriyasının yeni modelləri üzərində çalışır. Onların arasında Galaxy M16 5G də var.
Yeni foto Samsung Galaxy S25 Ultra-nın final dizaynını sərgiləyib
Yeni foto Samsung Galaxy S25 Ultra-nın final dizaynını sərgiləyib
Samsung şirkətinin Galaxy S25 seriyasının təqdimatı yaxınlaşdıqca bu seriyanın smartfonları barəsində daha çox məlumat ortaya çıxır.
Samsung Galaxy A56-nın render fotoları təqdim edilib
Samsung Galaxy A56-nın render fotoları təqdim edilib
Samsung şirkətinin Galaxy A seriyasında hazırladığı yeni modellərdən biri də Galaxy A56-dır. İndi isə OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə sözügedən yeni smartfonun render fotolarını təqdim edib.
Samsung-un yeni interfeysi One UI 7-nin videosu internetə sızdırılıb!
Samsung-un yeni interfeysi One UI 7-nin videosu internetə sızdırılıb!
Samsung-un tezliklə təqdim olunması gözlənilən One UI 7 interfeysi, internetə sızdırılmış bir video sayəsində ilk dəfə nümayiş olunub. Videoya əsasən, daha sürətli animasiyalar, müasir dizayn və istifadəçi yönümlü inkişaflar bizi gözləyir.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddisı ilə məhkəməyə verilib