main-post-cover

    Samsung Galaxy S25+ smartfonunun ilk render fotoları təqdim edilib

    Cihazlar+
    17.09.2024
    Emil Nəcəfov
         OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25+ smartfonunun ilk keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Galaxy S25+ smartfonu yastı gövdə və ekran dizaynını əldə edəcək. Onun künc hissələri isə dairəvi formada olacaq. Məlumatda qeyd edilib ki, Galaxy S25+ modelinin uzunluğu 158.4 mm, eni 75.7 mm, gövdə qalınlığı isə 7.3 mm təşkil edəcək. İnsayder bildirib ki, smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 6.65 düym ölçülü AMOLED ekranla təchiz olunacaq. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Lakin heç istisna deyil ki, smartfon bəzi regionlarda Exynos 2500 prosessorunu əldə etsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S25-in gövdəsi olduqca nazik olacaq
    samsung-galaxy-s25-in-govdesi-olduqca-nazik-olacaq
    Büdcəli Samsung Galaxy F05 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-samsung-galaxy-f05-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung-un bükülə bilən ekrana sahib smartfonu gələn il təqdim oluna bilər
    samsung-un-bukule-bilen-ekrana-sahib-smartfonu-gelen-il-teqdim-oluna-biler
    Samsung Galaxy S25-in çəkisi gövdə çərçivəsi hesabına bir qədər aşağı olacaq
    samsung-galaxy-s25-in-cekisi-govde-cercivesi-hesabina-bir-qeder-asagi-olacaq
    Samsung Galaxy S25-in ilk render fotoları təqdim edilib
    samsung-galaxy-s25-in-ilk-render-fotolari-teqdim-edilib