main-post-cover

    Samsung Galaxy S25 smartfonlarının maketlərinin əks olunduqları foto təqdim edilib

    Cihazlar+
    10.10.2024
    Emil Nəcəfov
         Ice Universe ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 smartfonlarının maketlərinin əks olunduqları fotonu təqdim edib. Təqdim edilmiş fotoda 3 model əks olunub. Galaxy S25, S25+S25 Ultra. Fotodan da görmək olar ki, hər 3 smartfon yastı ekran dizaynına və ekran ətrafı nazik çərçivələrə sahibdir. Galaxy S25 Ultra-da isə ekran ətrafı çərçivələr digərləri ilə müqayisədə daha nazikdir.
         Galaxy S25 smartfonlarının hansı prosessor vasitəsilə çalışacaqları tam aydın deyil. Galaxy S25 Ultra halında hər şey gözləniləndirsə, Galaxy S25 və S25+ modelləri ilə bağlı suallar yaranır. Məsələ burasındadır ki, Galaxy S25 Ultra modeli çox güman ki, Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacaq. Galaxy S25 və S25+ modellərinə gəldikdə isə son məlumat sızıntılarına əsasən onlar Snapdragon 8 Elite, Exynos 2500 və ya MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Z Fold 2-nin və Galaxy Tab A7-nin dəstəyi dayandırılıb
    samsung-galaxy-z-fold-2-nin-ve-galaxy-tab-a7-nin-desteyi-dayandirilib
    Samsung Galaxy S25 smartfonlarından biri və ya bir neçəsi MediaTek Dimensity 9400 prosessorunu əldə edə bilər
    samsung-galaxy-s25-smartfonlarindan-biri-ve-ya-bir-necesi-mediatek-dimensity-9400-prosessorunu-elde-ede-biler
    Orta büdcəli Samsung Galaxy A16 5G təqdim edilib
    orta-budceli-samsung-galaxy-a16-5g-teqdim-edilib
    Google və Samsung birgə Ray Ban Meta smart eynəyinin rəqibini hazırlayırlar
    google-ve-samsung-birge-ray-ban-meta-smart-eyneyinin-reqibini-hazirlayirlar
    Samsung Galaxy A16 4G və A16 5G-nin texniki imkanları açıqlanıb
    samsung-galaxy-a16-4g-ve-a16-5g-nin-texniki-imkanlari-aciqlanib