main-post-cover

    Samsung Galaxy S25 Edge-in gövdəsinin hansı materialdan təşkil olunduğu açıqlanıb

    Cihazlar+
    21.02.2025
    Emil Nəcəfov
         Samsung yeni Galaxy S25 Edge smartfonunu keçən ayın sonunda keçirilmiş Galaxy Unpacked 2025 tədbirində anons etdi. Tədbirdən sonra Galaxy S25 Edge nümayiş olunsa da, həmin vaxt heç kimə cihazı əllə yoxlamağa icazə verilməmişdi. İndi isə Sammobile saytı cihazın gövdəsinin hansı materialdan hazırlandığını açıqlayıb. Məlumata görə, Galaxy S25 Edge modelinin gövdə ətrafı çərçivəsi alüminiumdan hazırlanıb, lakin arxa panelin möhkəmliyini artırmaq üçün keramik materialdan istifadə edilib.
         Hələlik arxa panelin tamamilə keramika olub-olmadığı və ya əridilmiş keramik materialla örtülmüş şüşə versiyası olduğu məlum deyil. Samsung-un bunu cihazın çəkisini azaltmaq üçün etdiyinə dair ehtimallar da var. İddialara görə Galaxy S25 Edge smartfonunun gövdə qalınlığı cəmi 5.84 mm təşkil edəcək. Bunun olacağı halda o, Samsung-un ən incə smartfonu ola bilər. Lakin şirkət hələ bunu rəsmi olaraq təsdiqləməyib.
         Samsung-un Galaxy S25 Edge modelinin tam təqdimatını nə zaman keçirəcəyi dəqiq bilinmir. Bu, martın ilk həftəsində keçiriləcək MWC 2025 sərgisi çərçivəsində də baş tuta bilər. Son məlumat sızıntılarına əsasən smartfon 6.7 düym ölçülü ekranla və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Batareya öz növbəsində 25 vat gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olmalıdır. Gözləntilərə əsasən Galaxy S25 Edge smartfonu Snapdragon 8 Elite prosessorunun 7 nüvəli versiyası vasitəsilə çalışacaq.
    Mənbə: Sammobile
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Samsung Galaxy A06 5G təqdim edilib - QİYMƏTİ
    budceli-samsung-galaxy-a06-5g-teqdim-edilib-qiymeti
    Samsung Odyssey G81SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
    samsung-odyssey-g81sf-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Samsung ardıcıl 19-cu il dünya televizor bazarının lideri olub
    samsung-ardicil-19-cu-il-dunya-televizor-bazarinin-lideri-olub
    Statistika: Alıcıların çoxu premium smartfonlara üstünlük verməyə başlayıb
    statistika-alicilarin-coxu-premium-smartfonlara-ustunluk-vermeye-baslayib
    Köhnə Samsung smartfonlarında OneUI 7.0 yalnız bir neçə aydan sonra istifadəyə veriləcək
    kohne-samsung-smartfonlarinda-oneui-70-yalniz-bir-nece-aydan-sonra-istifadeye-verilecek