Samsung Galaxy S24 Ultra gövdə ətrafı titan çərçivəni əldə edəcək
Cihazlar+
06.11.2023
Emil Nəcəfov
Görünür, iPhone 15 Pro modellərini təqdim etməklə Apple şirkəti smartfon bazarında yeni trendi işə salıb. Söhbət, smartfonlarda titan materialdan hazırlanmış gövdə ətrafı çərçivənin istifadəsindən gedir. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə təqdim edilmiş Xiaomi 14 Pro-nun xüsusi versiyası da titandan hazırlanmış gövdə ətrafı çərçivəyə sahibdir. Yaxın zamanda bu trendə həmçinin Samsung şirkəti də qoşulmalıdır.
The Elec saytının öz anonim mənbələrinə istinadən vermiş olduğu məlumata əsasən gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 Ultra smartfonu Samsung-un gövdə ətrafı titan çərçivəyə sahib ilk smartfonu olacaq. Məlumatda qeyd edilib ki, Samsung öz smartfonlarına titan çərçivənin inteqrasiyası üzərində 2 il bundan öncə çalışmağa başlayıb. Lakin şirkət bu ideyanı yalnız indi reallaşdırmaq qərarına gəlib. Galaxy S24 smartfon seriyasının yanvar ayında təqdim ediləcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung yüksək dözümlülüyə sahib Galaxy Tab Active 5 planşeti üzərində çalışır
Samsung yüksək dözümlülüyə sahib Galaxy Tab Active 5 planşeti üzərində çalışır
Samsung şirkəti yüksək dözümlülüyə sahib Galaxy Tab Active 4 planşetini keçən ilin sentyabr ayında təqdim etmişdi.
Samsung-un 47 ədəd cihazı Android 14 əsaslı OneUI 6.0-ı əldə edəcək
Samsung-un 47 ədəd cihazı Android 14 əsaslı OneUI 6.0-ı əldə edəcək
Bir neçə gün bundan öncə Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysini əldə edəcək smartfonların siyahısını təqdim etdi.
Samsung Galaxy S24 smartfon seriyasının konkret təqdimat tarixi açıqlanıb
Samsung Galaxy S24 smartfon seriyasının konkret təqdimat tarixi açıqlanıb
Bir neçə gün bundan öncə Ice Universe ləqəbli məşhur insayder məlumat vermişdi ki, Samsung şirkəti Galaxy S24 smartfon seriyasını yanvar ayında təqdim edəcək.
Samsung öz ekzoskeletini təqdim etməyə hazırlaşır
Samsung öz ekzoskeletini təqdim etməyə hazırlaşır
Financial News saytının verdiyi məlumata əsasən Samsung şirkəti özünün ekzoskeletini satışa çıxartmağa hazırlaşır.
Samsung Galaxy S23 smartfon seriyası daha sürətli şarj texnologiyasının dəstəyini əldə edə bilər
Samsung Galaxy S23 smartfon seriyası daha sürətli şarj texnologiyasının dəstəyini əldə edə bilər
Bu ilin əvvəlində təqdim edilmiş Galaxy S23 seriyasına daxil olan Galaxy S23 Ultra smartfonu seriyanın digər smartfonları arasında ən yüksək sürətli şarj texnologiyasının dəstəyini əldə etdi.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!