main-post-cover

    Samsung Galaxy M16 5G smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    26.11.2024
    Emil Nəcəfov
         Samsung şirkəti hal-hazırda təkcə Galaxy A seriyasının deyil, həmçinin Galaxy M seriyasının yeni modelləri üzərində çalışır. Onların arasında Galaxy M16 5G də var. İndi isə məlum olub ki, Galaxy M16 5G smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Geekbench-in məlumatlar bazasında qeyd edilib ki, Galaxy M16 5G-nin prosessoru özündə 2.4 GHz tezlikdə çalışan 2 ədəd nüvəni və 2 GHz tezlikdə çalışan 6 ədəd nüvəni birləşdirir.
         Prosessorda qrafik imkanlardan isə Mali-G57 MC2 qrafik çipi cavabdehdir. Bu göstəricilər MediaTek Dimensity 6300 prosessoruna işarə edirlər. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, Galaxy M16 5G qutudan Android 14 vasitəsilə çalışacaq. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 552 xal, çox nüvəli testi çərçivəsində isə 1611 xal toplayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni foto Samsung Galaxy S25 Ultra-nın final dizaynını sərgiləyib
    yeni-foto-samsung-galaxy-s25-ultra-nin-final-dizaynini-sergileyib
    Samsung Galaxy A56-nın render fotoları təqdim edilib
    samsung-galaxy-a56-nin-render-fotolari-teqdim-edilib
    Samsung-un yeni interfeysi One UI 7-nin videosu internetə sızdırılıb!
    samsung-un-yeni-interfeysi-one-ui-7-nin-videosu-internete-sizdirilib
    Samsung Exynos 2600 prosessorunun istehsalını ləğv etməyi planlaşdırır
    samsung-exynos-2600-prosessorunun-istehsalini-legv-etmeyi-planlasdirir
    Samsung Galaxy S25 smartfonlarının qiymətlərində artım olacaqmı?
    samsung-galaxy-s25-smartfonlarinin-qiymetlerinde-artim-olacaqmi