Samsung Galaxy C55 5G smartfonunun real fotoları ortaya çıxıb
Cihazlar+
22.04.2024
Farid Pardashunas
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy C55 5G smartfonunu təqdim etməyə hazırlaşır və bu smartfon sayəsində Galaxy C seriyasını bərpa etmək istəyir. İndi isə sözügedən smartfon Çinin bəzi fiziki mağazalarında ortaya çıxıb. Təqdim edilmiş fotolardan da görmək olar ki, Galaxy C55 5G smartfonu minimum iki gövdə rənginə sahib olacaq. Qara və narıncı. Bununla yanaşı fotolarda smartfonun süni dəri ilə örtülmüş arxa panelə sahib versiyası əks olunub. Heç istisna deyil ki, Galaxy C55 5G-nin şüşə material ilə əhatə olunmuş arxa panelə sahib versiyası da olacaq.
Təqdim edilmiş fotolar smartfonun üçlü arxa kameraya sahib olacağını təsdiqləyirlər. Son məlumat sızıntılarına əsasən Galaxy C55 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ekranla təchiz olunacaq və Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun özündə 50 MP-lik əsas arxa kamera ilə 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Smartfonun artıq bu ay ərzində təqdim olunacağı ehtimalı var.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S25 və S25+ smartfonlarında Samsung ISOCELL kameraları istifadə edilməyəcək
Samsung Galaxy S25 və S25+ smartfonlarında Samsung ISOCELL kameraları istifadə edilməyəcək
Gələn ilin əvvəlində təqdim olunacaqları gözlənilən Samsung Galaxy S25 smartfonları barəsində məlumatlar ortaya çıxmağa davam edirlər.
Samsung Galaxy S24 FE daha böyük ölçülü ekranı əldə edə bilər
Samsung Galaxy S24 FE daha böyük ölçülü ekranı əldə edə bilər
Son zamanlardakı məlumatlara əsasən Samsung artıq aktiv şəkildə Galaxy S4 FE smartfonu üzərində çalışır.
Geekbench sayəsində Samsung Galaxy Z Flip 6 barəsində yeni təfərrüatlar məlum olub
Geekbench sayəsində Samsung Galaxy Z Flip 6 barəsində yeni təfərrüatlar məlum olub
Samsung yay fəslində qatlana bilən qapaqlı Galaxy Z Flip 6 smartfonunu təqdim etməlidir.
Exynos 2500 prosessoru Snapdragon 8 Gen 4-dən daha az enerji sərfiyyatına sahib olacaq
Exynos 2500 prosessoru Snapdragon 8 Gen 4-dən daha az enerji sərfiyyatına sahib olacaq
PhoneArena saytı öz mənbələrinə istinadən Qualcomm və Samsung şirkətlərinin növbəti flaqman prosessorları barəsində maraqlı bir məlumatı çatdırıb.
Samsung smartfonlarının ekranlarında yaşıl zolaq problemi yaşanır
Samsung smartfonlarının ekranlarında yaşıl zolaq problemi yaşanır
Son zamanlarda Samsung smartfonlarının istifadəçiləri sistem yenilənməsindən sonra öz cihazlarında müxtəlif problemlərlə qarşılaşırlar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!