main-post-cover

    Samsung Galaxy A55 5G-nin yeni real fotoları və bəzi texniki özəllikləri təqdim edilib

    Cihazlar+
    22.02.2024
    Emil Nəcəfov
         İnsayderlər Samsung şirkətinin təqdimata hazırlaşan Galaxy A55 5G smartfonunun yeni real fotolarını və bəzi texniki göstəricilərini bölüşüblər. Təqdim edilmiş render fotolarda smartfon ağ və tünd mavi gövdə rənglərində əks olunub. Smartfonun arxa panel dizaynı son Galaxy S FE smartfonlarının arxa panel dizaynlarını xatırladır. Fotolardan da görmək olar ki, smartfon üçlü arxa kameranı əldə edəcək. İnsayderlər bildiriblər ki, Galaxy A55 5G smartfonu 12 GB-a kimi RAM yaddaşını, 16 MP-lik ön kameranı və 50 MP + 12 MP + 5 MP üçlü arxa kameranı əldə edəcək. Smartfonun həmçinin Exynos 1480 prosessoru vasitəsilə çalışacağı və özündə 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    2023-cü ildə ən çox satılmış 10 smartfondan 7-si iPhone olub
    2023-cu-ilde-en-cox-satilmis-10-smartfondan-7-si-iphone-olub
    Samsung Galaxy Fit 3 smart qolbağı təqdim olunub
    samsung-galaxy-fit-3-smart-qolbagi-teqdim-olunub
    Samsung Galaxy Ring smart üzüyü bu ilin ikinci yarısında təqdim oluna bilər
    samsung-galaxy-ring-smart-uzuyu-bu-ilin-ikinci-yarisinda-teqdim-oluna-biler
    Samsung Galaxy Z Fold 6 vacib özəlliyindən məıhrum ola bilər
    samsung-galaxy-z-fold-6-vacib-ozelliyinden-meihrum-ola-biler
    Samsung keçən ilki cihazları üçün OneUI 6.1 istifadəçi interfeysini anons edib
    samsung-kecen-ilki-cihazlari-ucun-oneui-61-istifadeci-interfeysini-anons-edib