main-post-cover

    Samsung Galaxy A36 5G-nin render fotoları təqdim edilib

    Cihazlar+
    18.10.2024
    Emil Nəcəfov
         Samsung şirkətinin hazırladığı Galaxy A36 5G smartfonu bir neçə gün bundan öncə Geekbench testlərindən keçmişdi. İndi isə OnLeaks ləqəbli məşhur insayder GizNext adlı sayt ilə birlikdə bu smartfonun render fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş render fotolara əsasən Galaxy A36 5G smartfonu yastı gövdə dizaynını əldə edəcək. Bununla belə smartfon yenilənmiş arxa kamera sahəsinə sahib olacaq. Belə ki, kameralar ayrı-ayrılıqda deyil, oval formalı sahənin daxilində yerləşəcəklər.
         Smartfonun ekranı üzərində isə kiçik dairəvi çıxıntı olacaq. Məlumatda qeyd edilib ki, Galaxy A36 5G-nin uzunluğu 162.6 mm, eni 77.9 mm, gövdə qalınlığı isə 7.4 mm təşkil edəcək. Beləliklə bu yeni smartfonun gövdəsi Galaxy A35 5G-nin gövdəsindən daha nazik olacaq. Galaxy A35 5G-nin gövdə qalınlığı 8.2 mm təşkil edir. Gözləntilərə əsasən Galaxy A36 5G smartfonu ya Snapdragon 6 Gen 3 ya da Snapdragon 7s Gen 2 vasitəsilə çalışacaq. Çox güman ki, smartfon gələn ilin əvvəlində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A16 4G smartfonu təqdim edilib
    samsung-galaxy-a16-4g-smartfonu-teqdim-edilib
    Exynos 2500 prosessoru yeni konfiqurasiyada ortaya çıxıb
    exynos-2500-prosessoru-yeni-konfiqurasiyada-ortaya-cixib
    Samsung Galaxy Fold 6 Special Edition-un mümkün təqdimat tarixi məlum olub
    samsung-galaxy-fold-6-special-edition-un-mumkun-teqdimat-tarixi-melum-olub
    Samsung smart eynəklər üçün 3D ekranı patentləşdirib
    samsung-smart-eynekler-ucun-3d-ekrani-patentlesdirib
    Samsung Galaxy A36 5G smartfonu Geekbench testlərindən keçib
    samsung-galaxy-a36-5g-smartfonu-geekbench-testlerinden-kecib