main-post-cover

    Samsung Galaxy A35 Geekbench testlərindən keçib

    Cihazlar+
    16.01.2024
    Emil Nəcəfov
         Samsung şirkətinin hələ təqdim olunmamış Galaxy A35 smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi məlumatlar ortaya çıxıb. Beləliklə Geekbench məlumatlarına əsasən Galaxy A35 smartfonu Exynos 1380 prosessoru vasitəsilə çalışacaq və 6 GB RAM-a sahib olacaq. Bununla yanaşı smartfon özündə Android 14 əməliyyat sistemini birləşdirəcək. Test nəticələrinə gəldikdə isə Galaxy A35 Geekbench-in bir nüvəli testi çərçivəsində 697 xal, çox nüvəli testi çərçivəsində isə 2332 xal toplayıb. Galaxy A35-in yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A35 və A55 flaqman smartfonların özəlliklərindən birini əldə edə bilərlər
    samsung-galaxy-a35-ve-a55-flaqman-smartfonlarin-ozelliklerinden-birini-elde-ede-bilerler