main-post-cover

    Redmi Note 14 Pro-nun vacib texniki özəlliklərindən biri məlum olub

    Cihazlar+
    22.08.2024
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi yaxın aylar ərzində Redmi Note 14 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya bir neçə model daxil olacaq. İndi isə məlum olub ki, Redmi Note 14 modellərindən biri Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Məlumatlar bazasında ortaya çıxmış smartfon 24115RA8EC model nömrəsinə sahibdir. İnsayderlərin sözlərinə əsasən bu, Redmi Note 14 Pro-dur. Məlumatlar bazasında həmçinin Redmi Note 14 Pro-nun hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi də qeyd edilib. Belə ki, məlumata əsasən sözügedən smartfon 90 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, dünən məlum oldu ki, Redmi Note 14 Pro həmçinin yenicə təqdim edilmiş Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Snapdragon 7s Gen 3 prosessorunu ilk hansı smartfonun əldə edəcəyi məlum olub
    snapdragon-7s-gen-3-prosessorunu-ilk-e
    Yaxın zamanda büdcəli Redmi 14C 4G smartfonu təqdim ediləcək
    yaxin-zamanda-budceli-redmi-14c-4g-smartfonu-teqdim-edilecek
    Redmi K80 Pro-nun ilk render fotosu ortaya çıxıb
    redmi-k80-pro-nun-ilk-render-fotosu-ortaya-cixib
    Xiaomi 15 Ultra smartfonu 3 versiyada təqdim edilə bilər
    xiaomi-15-ultra-smartfonu-3-versiyada-teqdim-edile-biler
    Xiaomi, Honor və Huawei ilin sonuna kimi Tandem OLED ekrana sahib planşetlərini təqdim edəcəklər
    xiaomi-honor-ve-huawei-ilin-sonuna-kimi-tandem-oled-ekrana-sahib-plansetlerini-teqdim-edecekler