main-post-cover

    Redmi K70 Ultra-nın texniki imkanları məşhur insayder tərəfindən açıqlanıb

    Cihazlar+
    22.01.2024
    Emil Nəcəfov
          Keçən ilin noyabr ayının sonunda Xiaomi-nin Redmi brendi Redmi K70 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya Redmi K70, K70 Pro K70E modelləri daxildir. Lakin son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Redmi brendi həmçinin Redmi K70 Ultra smartfonu üzərində də çalışır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Redmi K70 Ultra smartfonunun bəzi texniki göstəricilərini açıqlayıb.
         Beləliklə insayderin sözlərinə əsasən sözügedən smartfon 1.5K keyfiyyətli LTPO ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edəcək. Məlumatda qeyd edilib ki, smartfon Dimensity 9300 prosessoru vasitəsilə çalışacaq və özündə LPDDR5T standartlı 24 GB RAM ilə UFS 4.0 standartlı 1 TB daxili yaddaş həcmini birləşdirəcək. Redmi K70 Ultra-nın yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Pad 7 Pro planşetinin bəzi texniki göstəriciləri açıqlanıb
    xiaomi-pad-7-pro-plansetinin-bezi-texniki-gostericileri-aciqlanib
    Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in təqdimatı yaxınlaşır
    qatlana-bilen-qapaqli-xiaomi-mix-flip-in-teqdimati-yaxinlasir
    Xiaomi SU7-nin müxtəlif gövdə rənglərində yeni fotoları təqdim edilib
    xiaomi-su7-nin-muxtelif-govde-renglerinde-yeni-fotolari-teqdim-edilib
    Büdcəli Redmi Monitor G34WQ gaming monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-monitor-g34wq-gaming-monitoru-teqdim-edilib-qiymeti
    2023-cü ildə smartfon təchizatı həcmi mövzusundakı lider brendlər məlum olub
    2023-cu-ilde-smartfon-techizati-hecmi-movzusundaki-lider-brendler-melum-olub