Redmi K70-in qlobal versiyası sertifikatlaşdırılıb
Cihazlar+
23.11.2023
Emil Nəcəfov
29 noyabr tarixində Çində Redmi K70 smartfon seriyası təqdim ediləcək. Daha sonra isə onun qlobal bazarda təqdimatı gözlənilir. Son məlumat sızıntılarına əsasən Redmi K70 smartfonları qlobal bazarda POCO brendi altında satılacaqlar. İndi isə məlum olub ki, POCO F6 Pro adlı smartfon Sinqapurun IMDA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Məlumatlar bazasında smartfon 23113RKC6G model nömrəsinə sahibdir. Qeyd etmək lazımdır ki, Redmi K70 modelinin model nömrəsi isə 23113RKC6C-dir. Bu smartfonların model nömrələrinin oxşar olması ona işarə edir ki, POCO F6 Pro smartfonu Redmi K70-in qlobal versiyası olacaq. Buna həmçinin POCO F6 Pro-nun model nömrəsinin sonundakı G hərfi də işarə edir. Bu halda Redmi K70E modelinin qlobal versiyası adi POCO F6 olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Redmi brendi satılmış 1 milyard smartfon göstəricisinə çatıb
Redmi brendi satılmış 1 milyard smartfon göstəricisinə çatıb
Xiaomi-nin Redmi brendi son 10 il ərzində 1 milyard ədəd smartfon satmaqla diqqət çəkən nailiyyəti əldə edib.
Redmi K70E-nin ön panelini əks etdirən real fotolar ortaya çıxıb
Redmi K70E-nin ön panelini əks etdirən real fotolar ortaya çıxıb
Çinin Weibo adlı sosial şəbəkəsində Redmi K70E modelinin real fotoları ortaya çıxıb.
Redmi K70-in təqdimatı rəsmi şəkildə anons edilib
Redmi K70-in təqdimatı rəsmi şəkildə anons edilib
Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Xiaomi-nin Redmi brendi sonunda Redmi K70 smartfon seriyasının təqdimatını rəsmi şəkildə anons edib.
Redmi K70-in bəzi özəllikləri rəsmi şəkildə təsdiqlənib
Redmi K70-in bəzi özəllikləri rəsmi şəkildə təsdiqlənib
Xiaomi-nin Redmi brendi dünən rəsmi şəkildə təsdiqlədi ki, Redmi K70E smartfonu MediaTek Dimensity 8300 Ultra prosessoru ilə təchiz olunacaq.
İnsayderlər Redmi K70E-nin bəzi texniki imkanlarını açıqlayıblar
İnsayderlər Redmi K70E-nin bəzi texniki imkanlarını açıqlayıblar
Dünən MediaTek Dimensity 8300 prosessorunun təqdimatı zamanı Xiaomi-nin Redmi brendi rəsmi şəkildə təsdiqlədi ki, təqdimata hazırlaşan Redmi K70E smartfonu Dimensity 8300 Ultra prosessoru vasitəsilə çalışacaq.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!