Redmi 13-ün render fotoları və texniki imkanları təqdim edilib
Cihazlar+
22.05.2024
Emil Nəcəfov
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Redmi 13 smartfonu üzərində çalışır. İndi isə 91mobiles saytı sözügedən yeni smartfonun render fotolarını təqdim edib və texniki imkanlarını açıqlayıb. Smartfonun əsas texniki imkanları elə onun təqdim edilmiş fotolardakı ekranında əks olunublar. Beləliklə məlumata əsasən Redmi 13 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.79 düym IPS ekranla təchiz olunacaq. Smartfon özündə 108 MP-lik əsas arxa kameranı və 33 vatt gücündə sürətli şarj texnologiyasını birləşdirəcək.
İnsayderlər üstəlik qeyd ediblər ki, Redmi 13 smartfonu 6/8 GB RAM-ı, 128/256 GB (1 TB-a kimi microSD dəstəyi) daxili yaddaş həcmini, 13 MP-lik ön kameranı və 5030 mAh enerji tutumlu batareyanı əldə edəcək. Məlumatda qeyd edilib ki, smartfon qutudan Android 14 əsaslı HyperOS vasitəsilə çalışacaq. Bəzi məlumatlara əsasən Redmi 13-ün 6 GB RAM və 128 GB daxili yaddaş həcminə sahib versiyası 200 avroya, 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib versiyası isə 230 avroya satılacaq. Smartfonun yaxın müddət ərzində təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi, Hindistanda yeni telefon markasını təqdim etmək üçün Apple-ın "Crush" reklamını təqlid edib!
Xiaomi, Hindistanda yeni telefon markasını təqdim etmək üçün Apple-ın "Crush" reklamını təqlid edib!
Xiaomi markası yeni smartfon modelini təqdim etmək üçün Apple-ın iPad Pro reklamına bənzər reklam videosunu yayımlayıb.
Redmi Pad Pro planşeti qlobal bazarda satışa çıxıb
Redmi Pad Pro planşeti qlobal bazarda satışa çıxıb
Xiaomi şirkətinin Redmi brendi aprel ayında Çində Redmi Pad Pro planşetini təqdim etmişdi. İndi isə məlum olub ki, sözügedən planşet qlobal bazarda (Avropa bazarında) satışa çıxıb.
POCO-nun ilk planşetinin təqdimatı anons edilib
POCO-nun ilk planşetinin təqdimatı anons edilib
Xiaomi-nin POCO brendi keçən həftə POCO F6 Pro smartfonunun təqdimatını anons etmişdi. Sözügedən smartfon 23 may tarixində təqdim olunacaq. İndi isə rəsmi şəkildə məlum olub ki, POCO brendi 23 may tarixində üstəlik öz ilk planşetini də təqdim edəcək.
Büdcəli Redmi G24 IPS gaming monitoru təqdim edilib - QİYMƏTİ
Büdcəli Redmi G24 IPS gaming monitoru təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi öz yeni büdcəli gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni büdcəli gaming monitor Redmi G24 IPS adlanır.
Təqdimata sayılı günlər qalmış POCO F6 Pro-nun qutu açılışı videosu ortaya çıxıb
Təqdimata sayılı günlər qalmış POCO F6 Pro-nun qutu açılışı videosu ortaya çıxıb
Xiaomi-nin POCO brendi keçən həftə POCO F6 Pro smartfonunun təqdimatını anons etdi. Sözügedən smartfon 23 may tarixində təqdim olunacaq.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!