
Red Magic 10S Pro və 10S Pro+ flaqman smartfonları təqdim olunub - QİYMƏTİ
Cihazlar+
27.05.2025
Emil Nəcəfov
Red Magic brendi Çində yeni flaqman smartfonlarını təqdim edib. Söhbət, Red Magic 10S Pro və 10S Pro+ modellərindən gedir. Bu smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər və bəzi texniki imkanlar baxımından eynidirlər. Hər iki smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 2688x1216 piksel keyfiyyətli 6.85 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası ekrana inteqrasiya edilib. Hər iki smartfon Snapdragon 8 Elite Leading Version prosessoru vasitəsilə çalışır.

Red Magic 10S Pro modeli 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini, Red Magic 10S Pro+ modeli isə 16/24 GB RAM ilə 512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Hər iki smartfon özündə 50 MP + 50 MP + 2 MP üçlü arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə Red Magic 10S Pro modeli 80 vatt gücündə sürətli şarj texnologiyalı 7050 mAh enerji tutumlu batareya ilə, Red Magic 10S Pro+ modeli isə 120 vatt gücündə sürətli şarj texnologiyalı 7500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu smartfonlar artıq Çində satışa çıxıblar. Red Magic 10S Pro modelinin qiyməti 695$-dan, Red Magic 10S Pro+ modelinin qiyməti isə 875$-dan start götürür.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Red Magic yeni kompakt ölçülü gaming planşetinin təqdimatına hazırlaşır

Red Magic yeni kompakt ölçülü gaming planşetinin təqdimatına hazırlaşır
Nubia şirkəti, öz Red Magic oyun subbrendi ilə tanınan marka, Lenovo Legion-un oyun planşetləri ilə rəqabət aparacaq yeni kompakt oyun planşeti buraxmağa hazırlaşır.
Nazik gövdəli Red Magic 10 Air gaming smartfonu təqdim edilib - QİYMƏTİ

Nazik gövdəli Red Magic 10 Air gaming smartfonu təqdim edilib - QİYMƏTİ
Red Magic brendi Çində yeni gaming smartfonunu təqdim edib. Söhbət, Red Magic 10 Air-dən gedir. Bu yeni gaming smartfon flaqman imkanları ilə yanaşı nazik gövdəsi ilə də seçilir.
Red Magic 10 Air smartfonunun hansı prosessoru əldə edəcəyi rəsmi olaraq açıqlanıb

Red Magic 10 Air smartfonunun hansı prosessoru əldə edəcəyi rəsmi olaraq açıqlanıb
Bir neçə saat əvvəl biz xəbər verdik ki, Red Magic brendi təqdimata hazırladığı nazik gövdəli Red Magic 10 Air gaming smartfonunun xarici görünüşünü sərgiləyib.
Təqdimatdan öncə Red Magic 10 Air-in xarici görünüşü sərgilənib

Təqdimatdan öncə Red Magic 10 Air-in xarici görünüşü sərgilənib
Red Magic brendi 16 aprel tarixində Red Magic 10 Air adlı nazik gövdəli yeni gaming smartfonunu təqdim edəcək. İndi isə brend rəsmi təqdimatı gözləmədən sözügedən yeni gaming smartfonunun xarici görünüşünü sərgiləmək qərarına gəlib.
Red Magic nazik gövdəli yeni gaming smartfonunun təqdimatını anons edib

Red Magic nazik gövdəli yeni gaming smartfonunun təqdimatını anons edib
Red Magic brendi öz yeni gaming smartfonunun təqdimatını və smartfonun adını anons edib.
Həftənin xəbərləri

