main-post-cover

    Qualcomm CEO-su Galaxy S24 smartfon seriyasında Exynos prosessorunun istifadəsini təsdiqləyib

    Cihazlar+
    03.11.2023
    Emil Nəcəfov
         Dünən 2023-cü ilin dördüncü rübü üzrə maliyyə nəticələrinin açıqlanması zamanı Qualcomm şirkətinin CEO-su Cristiano Amon bildirib ki, Samsung Galaxy S24 seriyasının smartfonlarında Snapdragon 8 Gen 3 prosessoru istifadə ediləcək. Lakin bu bəyanatda kiçik bir nüans var. Belə ki, Qualcomm rəhbərinin sözlərinə əsasən Snapdragon 8 Gen 3 prosessoru Galaxy S24 smartfonlarının "əksəriyyətində" istifadə ediləcək.
         Qualcomm CEO-su faktiki olaraq Galaxy S24 və S24+ smartfonlarının bəzilərində Exynos prosessorunun istifadə ediləcəyini təsdiqləyib. Qeyd etmək lazımdır ki, söhbət, Exynos 2400 prosessorundan gedir. Hal hazırda aktual olan Galaxy S23 smartfon seriyasının bütün modellərində Snapdragon 8 Gen 2 prosessorundan istifadə edilir. Samsung-un Galaxy S23 smartfonları ilə əlaqədar bu cür qərar qəbul etməsinə səbəb isə onun Snapdragon 8 Gen 2 ilə rəqabət apara biləcək fərdi prosessora sahib olmamasında idi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 Ultra-nın müxtəlif gövdə rənglərində yeni render fotoları təqdim edilib
    samsung-galaxy-s24-ultra-nin-muxtelif-govde-renglerinde-yeni-render-fotolari-teqdim-edilib
    Samsung generativ süni zəka imkanlarına sahib olacaq smartfon üzərində çalışır
    samsung-generativ-suni-zeka-imkanlarina-sahib-olacaq-smartfon-uzerinde-calisir
    Samsung Snapdragon 8 Gen 3 for Galaxy prosessoru üzərində çalışır
    samsung-snapdragon-8-gen-3-for-galaxy-prosessoru-uzerinde-calisir
    Samsung Galaxy S24 Ultra-nın ağ gövdə rəngində yeni render fotoları ortaya çıxıb
    samsung-galaxy-s24-ultra-nin-ag-govde-renginde-yeni-render-fotolari-ortaya-cixib
    Galaxy S20 və Galaxy Note 20 smartfonları Android 14-ü əldə etməyəcəklər
    galaxy-s20-ve-galaxy-notu-20-smartfonlari-android-14-u-elde-etmeyecekler